İlahi İncilər

İslam peyğəmbərinin (s) nurani kəlamlarında Ramazan ayının bərəkətləri

  • News Code : 836089
  • Source : Maide
Brief

“Ey insanlar, əgər Ramazan ayında oruc tutan bir möminə iftar versəniz, onun üçün bir qulun azad edilməsinin savabı yazılar və beləcə, onun keçmiş günahları bağışlanar!”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Peyğəmbəri-Əkrəm (səlləllahu ələyhi va alihi və səlləm) “Şəbaniyyə” xütbəsində mübarək Ramazan ayının bərəkətli ay olduğu haqda söz açır və buna dair bir sıra nümunələr də qey edir. O cümlədən, o həzrət buyurur:

1. Ramazan ayı bərəkət, rəhmət, məğfirət və ən fəzilətli aydır:

أیُّهَا النّاسُ، إنَّهُ قَد أقبَلَ إلَیکُم شَهرُ اللّه بِالبَرَکَةِ وَالرَّحمَةِ وَالمَغفِرَةِ، شَهرٌ هُوَ عِندَ اللّه أفضَلُ الشُّهورِ، وَأیّامُهُ أفضَلُ الأَیّامِ، ولَیالیهِ أفضَلُ اللَّیالی، وساعاتُهُ أفضَلُ السّاعاتِ

“Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət (bağışlanma) ayı (mübarək Ramazan ayı) sizə üz tutmuşdur. Bu ay Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatlardır.”

2. Ramazan ayında yerinə yetirilən ər bir iradi və qeyri-iradi işlər ibadətdir:

أنفاسُکُم فیهِ تَسبیحٌ، ونَومُکُم فیهِ عِبادَةٌ، وعَمَلُکُم فیهِ مَقبولٌ، ودُعاؤُکُم فیهِ مُستَجابٌ

“Sizin (oruc ikən) bu ayda nəfəsləriniz zikr, yatmağınız ibadət, əməl və dualarınız qəbuldur.”

3. Oruc tutan mömin bir şəxsə iftar verməyin savabı:

أیُّهَا النّاسُ، مَن فَطَّرَ مِنکُم صائِما مُؤمِنا فی هذَا الشَّهرِ کانَ لَهُ بِذلِکَ عِندَ اللّه ِعِتقُ نَسَمَةٍ ومَغفِرَةٌ لِما مَضى مِن ذُنوبِهِ

“Ey insanlar, əgər Ramazan ayında oruc tutan bir möminə iftar versəniz, onun üçün bir qulun azad edilməsinin savabı yazılar və beləcə, onun keçmiş günahları bağışlanar!”

O həzrətdən: “Ey Allahin Rəsulu, hamımızın iftar verməyə gücü çatmır!” – deyə soruşulduqda, belə buyurdu:

اِتَّقُوا النّارَ ولَو بِشِقِّ تَمرَةٍ ، اِتَّقُوا النّارَ ولَو بِشَربَةٍ مِن ماءٍ

“Xurmanın yarısı və ya bir içimlik su qədər olsa da, iftar verin və cəhənnəm odundan qurtulun.”

4. Ramazan ayında əxlaqını gözəlləşdirən şəxsin savabı:

أیُّهَا النّاسُ ، مَن حَسَّنَ مِنکُم فی هذَا الشَّهرِ خُلُقَهُ کانَ لَهُ جَوازا عَلَى الصِّراطِ یَومَ تَزِلُّ فیهِ الأَقدامُ،

“Ey insanlar, hər kim bu ayda öz əxlaqını gözəlləşdirərsə, ayaqların büdrədiyi bir vaxtda “Sirat” körpüsündən asanlıqla keçər.”

5. Ramazan ayına xatir işçilərinin işini yüngülləşdirən sahibkarın savabı:

ومَن خَفَّفَ فی هذَا الشَّهرِ عَمّا مَلَکَت یَمینُهُ خَفَّفَ اللّه ُ عَنهُ حِسابَهُ ،

“Ramazan ayında öz xidmətçi və işçilərinin işini yüngülləşdirən şəxsin Allah-Taala qiyamət günü hesabını, sorğu-sualını asanlaşdırar.”

6. Ramazan ayına xatir pislik və əziyyət verməyi tərk edənlərin savabı:

 ومَن کَفَّ فیهِ شَرَّهُ کَفَّ اللّه ُ فیهِ غَضَبَهُ یَومَ یَلقاهُ

“Ramazan ayında insanlara pisliyi tərk edən şəxsi Allah-Taala qiyamət günü Öz qəzəbindən amanda saxlayar.”

7. Ramazan ayında bir yetimə qayğı göstərməyin savabı:

 ومَن أکرَمَ فیهِ یَتیما أکرَمَهُ اللّه ُ یَومَ یَلقاهُ،

“Ramazan ayında bir yetimə qayğı göstərib əzizləyəni Allah-Taala qiyamət günü əzizləyər.”

8. Qohumluq tellərini möhkəmləndirənin savabı:

ومَن وَصَلَ فیهِ رَحِمَهُ وَصَلَهُ اللّه بِرَحمَتِهِ یَومَ یَلقاهُ، ومَن قَطَعَ رَحِمَهُ قَطَعَ اللّه عَنهُ رَحمَتَهُ یَومَ یَلقاهُ،

“Ramazan ayında öz qohum-əqrəbası ilə əlaqələrini möhkəmləndirəni Allah-Taala qiyamətdə Öz rəhmətinə şamil edər. Bu ayda qohum-əqrəbası ilə əlaqələrini qıran və yaxşılığını onlardan əsirgəyəni isə Allah-Taala qiyamət günü Öz rəhmətindən məhrum edər.”

9. Bir müstəhəb namaz qılan şəxsin savabı:

ومَن تَطَوَّعَ فیهِ بِصَلاةٍ کُتِبَ لَهُ بَراءَةٌ مِنَ النّارِ،

“Ramazan ayında müstəhəb namaz qılan şəxsi Allah-Taala cəhənnəm odundan xilas edər.”

10. Bir vacib əməl yerinə yetirən şəxsin savabı:

 ومَن أدّى فیهِ فَرضا کانَ لَهُ ثَوابُ مَن أدّى سَبعینَ فَریضَةً فیما سِواهُ مِنَ الشُّهورِ،

“Ramazan ayında bir vacib əməl yerinə yetirən şəxs başqa aylarda yerinə yetirdiyinin yetmiş bərabərini qazanar.”

11. Salavat göndərən şəxsin savabı:

ومَن أکثَرَ فیهِ مِنَ الصَّلاةِ عَلَیَّ ثَقَّلَ اللّه ُ میزانَهُ یَومَ تَخَفَّفُ المَوازینُ،

“Ramazan ayında mənə çoxlu salavat göndərən şəxsin əməl tərəzisi tərəzilərin yüngül gəldiyi bir gündə ağır gələr.”

12. Bir ayə oxuyan şəxsin savab:

ومَن تَلا فیهِ آیَةً مِنَ القُرآنِ کانَ لَهُ مِثلُ أجرِ مَن خَتَمَ القُرآنَ فی غَیرِهِ مِنَ الشُّهورِ

“Ramazan ayında Qurandan bir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.”(“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)

Rza Şükürlü


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky