İnnə Lilləh Və İnnə İleyhi Raciun

Həzrət Peyğəmbərdən (s) başqa Əzrayıl (ə) heç kəsdən ruhunu qəbz etmək üçün icazə almayıb (Hədis)

Evə daxil olmaq üçün ikinci dəfə izn istəyəndə titrəyən əllərinlə qapını açdın. Sanki sənə qərib olan ölüm hissi sorağına gəlmiş

  • News Code : 867379
  • Source : ABNA – Xəbər Agentliyi Deyerler - “Tebyan”-a istinadla
Brief

Həzrət Əzrayıl (əleyhi səlam): Ey Fatimə! Gəlmişəm ki, evinin aydınlıq çırağını özümlə aparım. Ancaq ürəyim qəminin qaranlıq gecəsini görəndə razı olmadı. Ah o əziyyətdən ki, səndən sonra Əli (ə) üçün gələcəyəm.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səfər ајынın 28-дә Böyük İslam Peyğəmbəri həzrət Мәһәммәд Mustəfa (Аллаһын саламы олсун Она вә пак Әһли бејтинә!) бир гадын тәрәфиндән зәһәрләнәрәк һагг дүнјасына говушмуш. Sонракы илләрдә isə Sәфәр ајынын 28-дә Peyğəmbərin әзиз нәвәси həzrət Имам Һәсән Müctəba (Она салам олсун!) xanımı tərəfindən зәһәрләнәрәк шәһадәтә јетмишдир.

Биз АБНА олараг һәр ики Мәсумун шәһадәти илә әлагәдар башда Имам Заман (Аллаһ Тәала онун шәрәфли зүһуруну тезләшдирсин) һәзрәтләри олмагла һагг Наиби Имам Хаменеи ҹәнабларына, Али Тәглид Мәрҹәләринә вә бүтүн мүсәлманлара тәслијјәт әрз едир вә Allah Təalanın Əziz Peyğəmbəri (Аллаһын Саламы олсун Она və Pak Əhli beytinə) шәһадәтинә аид чох гыса бир мәлуматы диггәтинизә чатдырырыг:

Ölüm Mələyi həzrət Əzrailin (əleyhi səlam) dilindən: “O zaman ki, qapı üzümə açıldı, gözləri batan günəş rəngində idi. Sənin üçün bir qərib idim ki, görüşmək şövqündə idim. Mənim üçün kifayət idi ki, bu dünyanın qəriblərinə əta etdiyin mehribanlığı mənə də edəsən. Baxmayaraq ki, Peyğəmbərin (s) xəstəliyinə görə bu evə girmək icazəsini mənə vermədin və mən qapı arxasında qaldım.

Ey Fatimə! Gəlmişəm ki, evinin aydınlıq çırağını özümlə aparım. Ancaq ürəyim qəminin qaranlıq gecəsini görəndə razı olmadı. Ah o əziyyətdən ki, səndən sonra Əli (ə) üçün gələcəyəm.

Evə daxil olmaq üçün ikinci dəfə izn istəyəndə titrəyən əllərinlə qapını açdın. Sanki sənə qərib olan ölüm hissi sorağına gəlmişdi. Başa düşdüm ki, məni tanıdın və nə üçün gəldiyimi başa düşdün. İstədim sənə deyim ki, baxışların belə ölümünü təxirə sala bilər. Təqdir olunanı bir-birinə vurar. Ancaq ürəyini Allahın istədiyinə tapşırmısan və gözünü məndən çəkmisən.

Evinə o qədər aram və sakit daxil oldum ki, sanki qapı bahar mehi üçün açılmışdı. Kaş ki, vəzifəm Allahın məhbubu ilə nazənin cismi arasında ayrılıq salmaq olmazdı.

Peyğəmbər (s) həyatda olan zaman Cəbrayil (ə) onun yanından qayıdanda qanadları behişt güllərindən də xoş ətirli olardı. Üzü cənnət çıl-çıraqlarından daha nurani olardı. Mən də hər dəfə arzu edirdim ki, Peyğəmbərin (s) gül vücudunu iyləyə bilim. Camalının nurunu görüm.

Bu fürsət indi hazır olmuşdur. İnan ki, bir ömürdür insanların ölüm mələyiyəm. Amma indiyə qədər heç bir müsibət bu qədər ürəyimi titrəməmişdi. Peyğəmbər (s) əvvəl səni (Fatiməni (s.ə)) qucaqladı və qulağına bir sirri nəcva etdi və sonra üzünü mənə çevirdi. Peyğəmbərin (s) sənə dedikləri ilk gözlərində yaş yaratdı və sonra dodaqlarının qönçəsi açılan gül kimi güldü. Bilirəm ki, Peyğəmbər (s) can verən zaman bu qəribə gülüşün ağlamağa çevriləcəkdir.

Fatiməcan (s.ə)! Ölüm mələyi olan Əzrayil (ə) indiyə qədər heç kəsdən ruhunu qəbz etmək üçün icazə almamışdı. Atan Peyğəmbərdən (s) başqa ki, Allahın sevimli xəlqidir. Ürəyin rahat olsun. Ölüm mehi atanın canını mehribanlıqla alacaqdır. Bu İlahi əmanəti incitməyəcəkdir.

Allah eləsin ki, atandan sonra sənin məzlumcasına can verməyinin zamanı hələ gəlib çatmasın, çünki atandan sonra gücüm qalmayıbdır.

Allah sənə bu müsibətə görə layiqli səbri inayət etsin”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky