Kərbəla Qəhrəmanı

Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...

  • News Code : 863112
  • Source : Deyerler “Tebyan”-na istinadla
Brief

Həzrət Əbülfəzl Abbasın (əleyhi səlam) həyat yoldaşı Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (əleyhi səlam) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.

O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (əleyhi səlam) sevənlərdən idi.

Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır.

Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir.

Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (əleyhi səlam) öhdəsinə düşmüşdür.

Nəql edirlər ki, nə zaman Abbasın övladlarından biri İmam Səccadın (əleyhi səlam) yanına gəlsəydi, Həzrət (əleyhi səlam) göz yaşlarını saxlaya bilməzdi...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky