Yəmən xəbərləri...

Yəmən ordusu BƏƏ döyüş gəmisini Vurdu / Video

  • News Code : 847960
  • Source : abna24.com
Yəmənl rəsmisi, Yəmən sahillərində Yəmənə aid sulara qanunsuz daxil olan təcavüzkar döyüş gəmilərinin, Yəmən dəniz qüvvətlərinə tərəfindən vurulacağını və bunun Yəmənin təbii və qanuni haqqı olduğunu söylədi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məluamta görə - Yəmən ordusu dəniz qüvvətlərinə aid qüvvələr, Birləşmiş Ərəb Əmirliklərinə aid bir döyüş gəmisini, Taiz əyalətinin cənub-qərbində yerləşən əl-Muha limanı yaxınlığında hədəfə alaraq vurdu.

Yəmən ordusu dəniz qüvvələrinin səlahiyyətlisi, Yəmən ordusuna bağlı dəniz qüvvələri birliklərinin, BƏƏ-ə aid bir döyüş gəmisini Taiz əyalətinin cənub-qərbində yerləşən əl-Muha limanı sahillərində hədəfə alaraq vurduqlarını təsdiqləyib.

Əl-Meyadin xəbər kanalı,BƏƏ-ə aid döyüş gəmisinin Yəmən dəniz qüvvələri tərəfindən əvvəl araşdırıldığıını sonra dəqiq bir vuruşla hədəfə alındığını bildirib.

Yəmənl rəsmisi, Yəmən sahillərində Yəmənə aid  sulara qanunsuz daxil olan təcavüzkar döyüş gəmilərinin, Yəmən dəniz qüvvətlərinə tərəfindən vurulacağını və bunun Yəmənin təbii və qanuni haqqı olduğunu söylədi.

Birləşmiş Ərəb Əmirlikləri, indiyə qədər hadisəylə əlaqədar hər hansı bir şərh verməyib.

Səudiyyə Ərəbistanı, təxminən 2 il əvvəl bəzi Ərəb müttəfiqləriylə birlikdə ortaq bir koalisiya quraraq, Yəmənə hava hücumu başlatmışdı.

Səudiyyənin əsl məqsədi; Yəməni havadan, qurudan və dənizdən mühasirəyə alaraq təzyiq göstərmək və fərari prezident olan Mənsur Hadinin yenidən rəhbərliyə gətirməkdir.

Səudiyyə Ərəbistanı liderliyi ilə təşkil edilən bu hava hücumları nəticəsində; ən az 12 min günahsız və müdafiəsiz vətəndaş şəhid oldu, on minlərlə vətəndaş yaralanıb və milyonlarla insanda evlərindən olub.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky