Hacı Talehin vəziyyəti ağırdır...

Taleh Bağırzadəyə işgəncə verilib, vəziyyəti ağırdır

  • News Code : 846354
  • Source : azadlıq.info
Brief

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanada dəhşətli işgəncələrə məruz qalıb.

Əhlibeyt (ə) Xəbər Agentliyi abna-Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanada dəhşətli işgəncələrə məruz qalıb.

Bu haqda “Azadliq.info”ya ilahiyyatçının yaxınları məlumat verib.
İşgəncə nəticəsində Taleh Bağırzadənin vəziyyətinin pisləşdiyi və hazırda da durumunun ağır olduğu bildirilir.
İlahiyyatçının vəkili Yalçın İmanov bildirib ki, müvəkkili ilə görüş üçün orderin surətini və müvafiq məktubu xeyli vaxtdır ki, Penitensiar Xidmətə göndərsə də, hələ ki, cavab gəlməyib. Bu səbəbdən vəkil Taleh Bağırzadə ilə görüşə bilmir.
Nardaran işi üzrə məhkum edilmiş və hökmə əsasən, cəzasının 7 ilini Qobustan həbsxanasında çəkməli olan məhbusların – Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarovun yaxınları həbsxanaya gedib onlar haqqında məlumat almağa cəhd edəcəklər.
Şənbə günü olduğundan Penitensiar Xidmətdən məsələ ilə əlaqədar cavab almaq mümkün olmayıb.
Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Nardaranda keçirdikləri və altı nəfərin ölümü ilə nəticələnmiş əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ittihamları rədd edir. Özü də daxil, əməliyyat zamanı həbs olunanların heç birində silah olmadığını, öldürülənlərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky