İraq Xəbərləri...

Şiə lider olan Sədr-dən 'silahlı müqavimət' mesajı

  • News Code : 818812
  • Source : abna24.com
Brief

İraqlı şiələrin lideri Müqtəda əl Sədr, İraqda qalmaları yaradan xarici güclərə qarşı silahlı müqavimət göstəriləcəyini bildiribi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Sədrin  müavini Əbu Dua İsavi, ölkənin cənubundakı Nəcəf şəhərinə bağlı Kufədə etdiyi mətbuat konfransında, "İraqda olan xarici gücləri İraq  dövləti, İŞİD-lə  mübarizəyə dəstək üçün çağırmışdır. Bu güclər, işid-dən sonra İraqda qalsalar müqavimət göstərəcəyik "deyə bildirib.

Sədrin köməkçisi İsavi, aylardır davam edən hökumət əleyhdarının mitinqlərinə də toxunaraq, "mitinqlər davam edəcək deyə bildirib. Önümüzdəki cümə günü liderimiz Sədr, Bağdadın Təhrir Meydanında nümayişçilər qarçısında çıxış edəcəyini deyib" .

Müqtəda əl Sədr-in tərəfdarları hər həftə cümə günləri, Bağdadın mərkəzində yerləşən Təhrir Meydanında toplanaraq, ölkədəki xidmət çatışmazlığına etiraz edillər.


Sədr tərəfdarı olan nümayişçilər, 30 aprel və 20 may 2016-cı il tarixlərində hökumət binalarının olduğu qorunan bölgəyə girərək, Baş nazir İbadi'nin Baş nazirlik ofisini və parlament binasını basmışdı.

Bağdaddakı Yaşıl Region, Baş nazirlik hökumət sarayı, parlament, kəşfiyyat və əhəmiyyətli ictimai binalarının yanında ABŞ və çox sayda digər ölkə səfirliyinin yerləşdiyi məntəqədir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky