Ərəbistan rejiminin vəhşiliyi durmaq bilmir...

Səudiyyə Rejimi Yəməndə Uşaqların Gələcəyini hədəfə alır

Səudiyyə Rejimi Yəməndə Uşaqların Gələcəyini hədəfə alır

Səudiyyəlilərin təşkil etdiyi hücumlarda 2 min məktəb yerlə bir edildiyi bildirilir.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Səud rejiminin Yəmənə hava hücumları davam edərkən, bu ölkədə aclıq və xəstəliyin pik nöqtəsinə çatdığı və belə vəziyyətin əsl qurbanlarının Yəmənli uşaqları olduğu, təcavüzkar qüvvələrin Yəmənli uşaqların gələcəyini hədəfə aldıqları bildirilir.

Yəmənli uşaqların, Səud döyüş təyyarələrinin təşkil etdiyi hücumlarda həyatını itirdiyi, bir qisminin isə tutulduğu xolera epidemiyası səbəbindən həyatını itirdiyini bildirən yerli qaynaqlar, hava hücumları və vəba xəstəliyindən canlarını qurtaran uşaqların isə ictimai və qanuni haqqlarından məhrum qaldıqları, Səudiyyəlilərin təşkil etdiyi hücumlarda 2 min məktəb yerlə bir edildiyi bildirilir.

Digər tərəfdən BMT-nin Yəməndə ki xüsusi nümayəndəsi Bismarck Swangin verdiyi açıqlamada, Yəmən müharibəsini, Yəmənli uşaqlar əleyhinə bir olan bir döyüş kimi xarakterizə edərək, Yəmənli uşaqların qeyri-kafi bəslənmə və xolera epidemiyası səbəbiylə ölümlə burun-buruna yaşadığını bildirib.

Qeyd edək ki, Səud rejiminin 2015-ci ilin Mart ayından etibarən Yəmənə təşkil etdiyi hücumlar bu ölkədə ciddi insani faciələrə gətirib çıxarmışdır.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky