Suriya xəbərləri...

Rus əsgərləri Şimali Suriyadakı Afrin-ə girdi / Foto

Rusiya qüvvələri Afrin şəhərinə girdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Rusiyalı hərbçilər, Suriyanın şimalındakı kürd güclərinin nəzarəyində olan Afrin şəhərinə girdi.

Xəbər qaynaqları, Bazar ertəsi Rus hərbi birliklərinə aid görüntüləri nəşr edib. Bu birliklərin Afrin bölgəsinə daxil olduqlarını və onlardan bir hissəsinin İzaz və Afrin arasında olan Kefer Cene kəndinə göndərildiklərini bildiriblər.

Kürd güclərinə yaxın bəzi ictimai şəbəkələrin səhifələrində yer alan xəbərə görə, Rusiya ordusuna aid hərbi təchizat və yük maşınları Bazar ertəsi  bu bölgəyə giriblər.

Bəzi yeli qaynaqlar da bu qüvvələrin Suriyanın şimal sərhədlərində Türkiyə ilə artan gərginliyi azaltmaq üçün bu bölgəyə daxil olduqlarını bildiriblər.

Bir neçə gün ərzində Afrin şəhəri Türkiyə ordusunun artilleriya və raket hücumlarına məruz qalmış və kürd birliklərini hədəfə alınmışdı.

Rusiyanın bu addımı, Amerikan birliklərinin  Haseki əyalətinə girişinə paralel olaraq atılıb.

Amerikan birlikləri də son bir neçə gündə Haseki əyalətinin şimalında Suriya və Türkiyə sərhədindəki şəhər və kəndlərinə hücumlar təşkil etmişdir.

Türkiyə ordusu keçən həftə Haseki əyalətinin şimalında olan kürd birliklərinin mövqelərini bombardmana tutmuş və bu hücumlar ölümlərə və yaralanmalara səbəb olmuşdu. Ayrıca bölgədəki şəhər və kəndlərin infrastrukturuna ciddi ziyan dəyib.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazmdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky