İran İslam Respublikası

Rəsmi Tehran Ankaranın boşboğazlığının cavabını verdi-İran xalqı Türkiyəyə səfərdən çəkinməlidir

  • News Code : 818008
  • Source : İnformasiya agentlikləri
Brief

İran İslam Respublikası Milli Məclisinin sədri Əli Laricani son zamanlar rəsmi Ankaranın İrana qarşı verdiyi açıqlamaların qonşuluq münasibətlərinə yaraşmadığını bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikası Milli Məclisinin sədri Əli Laricani son zamanlar rəsmi Ankaranın İİR-a qarşı verdiyi açıqlamaların qonşuluq münasibətlərinə yaraşmadığını bildirib.

Türkiyənin istifadə etdiyi ifadələrdə daha diqqətli olmasını istəyirik deyən Laricani İİR vətəndaşlarına Türkiyəyə getməmək çağırışı edib. Mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablayan MM sədri Ankaranın tənqidi açıqlamalarına qarşı İİR -ın soyuqqanlı davrandığını bildirib.

Laricani: "Son vaxtlar rəsmi Ankaranın etdiyi bəzi açıqlamalar qonşuluq münasibətlərinə xələl gətirir. Türkiyənin İİR-la bağlı tutduğu mövqe və verdiyi açıqlamalarda diqqətli olmasını istəyirik. İslam Respublikası bu mövzuda soyuqqanlı hərəkət edir" deyə açıqlayıb.

İran İslam Respublikası XİN-in Türkiyəyə səyahət edilməməsi barəsində xəbərdarlığına da münasibət bildirən spiker "Xalqımızın təhlükəsizliyini qorumaq və bu barədə xəbərdarlıq etmək məcburiyyətindəyik" deyib.

Türkiyənin bəzi yerlərində narahatedici hadisələrin baş verdiyini bildirən Laricani "Bu ölkədəki terror probleminin azalmasına və şəraitin normallaşmasını ümid edirik" deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky