Azərbaycan hökümətinin repressiyaları...

Qiyas İbrahimovun atasına cinayət işi açılıb

  • News Code : 856818
  • Source : meydan tv
Brief

Həsən İbrahimov məhkəməyə hörmətsizlik etməkdə günahlandırılır

Əhlibeyt (ə) Xəbər Agentliyinin meydantv-yə istinadən verdiyi xəbərə görə- Sentyabrın 27-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində gənc fəal Qiyas İbrahimovun atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289.2 (Məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə H.İbrahimov üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə ödəyə, iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Elə həmin gün də Həsən İbrahimov dindirilib. 

Həsən İbrahimov özünü təqsirli bilmədiyini və hakimin qanunsuz hərəkətlərinə etiraz etdiyini söyləyib.

Məlumatı vəkil Elçin Sadıqov "Facebook" səhifəsində paylaşıb. 

Vəkil 2 saylı Cəzaçəkmə Müəssisəsində Qiyas İbrahimova qarşı həmin maddənin ittiham kimi elan olunduğunu əlavə edib:

"Q.İbrahimov da özünü təqsirli bilmədiyini dedi. Növbəti həftə istintaq bitəcək, amma hələ ekspertiza rəyləri ilə tanış olmamışıq".

O, ekspertiza rəylərinin qərəzli tərtib olunduğunu iddia edir:

"Hətta hakimə "balalarınızın qarşısına çıxacaq" ifadəsi məhkəməyə təhqir kimi qiymətləndirilib. Biz bununla razı deyilik, gələn həftə iş məhkəməyə göndəriləcək".

Elçin Sadıqov deyir ki, havaların soyumasına baxmayaraq, Qiyas İbrahimova matras verilməyib. Təcridxana rəsmiləri yaxınlarda bu məsələnin həll olunacağını vəd edib.    

Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayın 10-da saxlanıb. 

Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər. 

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib. 

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky