Iraq xəbərləri

Kürdüstanın Müstəqillik referendumu üçün İsraildən yardım istədilər

Kürdüstanın Müstəqillik referendumu üçün İsraildən yardım istədilər

Sionist İsrail rejiminin parlament nümayəndəsi Ksenia Svetlova, Kürdüstan rəhbərliyi ilə işğal altındakı Fələstin torpaqlarında (Tel-Əvivdə) danışıqlar reallaşdırdıqlarını və 25 sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumu üçün İsrail rejimindən dəstək istədiklərini bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - İraqda ki Kürd Regional Rəhbərliyi müstəqillik referendumu üçün işğalçı sionist rejimi olan İsraildən yardım istəyib.

Sionist İsrail rejiminin parlament nümayəndəsi Ksenia Svetlova, Kürdüstan rəhbərliyi ilə işğal altındakı Fələstin torpaqlarında (Tel-Əvivdə) danışıqlar reallaşdırdıqlarını və 25 sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumu üçün İsrail rejimindən dəstək istədiklərini bildirib.

İsrail rejimi ilə kürdlər arasındakı əlaqələrin güclənməsi üçün təşkil olunan komisiyaya başçılıq edən Ksenia Svetlova bildirib ki, Tel-Əvivə gələn Kürd səlahiyyətliləri İsrailin Vaşinqton və Erbil arasında vasitəçi olmasını istəyiblər; "Vaşinqtonun şimali İraqda keçiriləcək müstəqillik referandumuna razı olmasını istəyirlər".

"Onlar (kürdlər) İsrailin Vaşinqtonda güclü lobbiyə malik olduğunu və Amerika prezidenti Donald Tramp-ın bu lobbiləri dinlədiyini gözəl bilirlər. Kürdlərə bu mövzuda kömək etməyimiz onlar üçün sevindirici bir hal olacağını "deyən Svetlova, müstəqillik referandumunun tamamiylə İsrail rejiminin mənfəətinə olacağını vurğuladı.

Netanyahu, 2014-cü ildə də İsrailin kürdlərin müstəqillik arzusunu dəstəkləyəcəyini söyləmişdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky