Yaxın şərq...

İsrailin, Suriya və Hizbullahla müharibə ehtimalı/Araşdırma

  • News Code : 815011
  • Source : medya şafak
Brief

İran, Rusiya ilə bir çox strateji mövzuda razılaşma imzalayıb. İran öz gücünü Livan, İraq və Suriyada artırıb. Digər tərəfdən düşmənlərinin böyük bir döyüş başlaya bilməyəcəklər iddiasındadır.

Əhlibeyt (ə) Xəbər Agentliyi Abna24.com- İsrail öz doymaq bilməyən tamahını qarşılaması üçün hər hansı bir motivasiyaya ehtiyacı yoxdur. 70 il əvvəl soyqırım zülmü üzərində qurulmuş olan sionist dövlət, Ərəblərin(fələstinlilər) qanını içmək üçün heç bir fürsəti qaçırmadı. Bu gün isti qan qoxusuna olan aclığını doyurmaq üçün Donald Trump-ı da gözləməyə ehtiyacı yoxdur. İsrail, bu ötən 6 il ərzində Suriya və Hizbullahı özüylə qarşıdurmaya sürükləməyə çalışdı. Halbuki onlar, öz yurdlarını zəbt edən terrorla mübarizə aparırdılar. İsraillilərin Suriya və Livanda hədəflərə istiqamətli bombardımanıyla yanaşı TV kanallar və internet saytlarında yaradılan şəbəkələr eyni nəqarəti təkrarlayırdı. Amma bu kimi addımlar Suriyanı və Müqavimət güclərini (Hizbullah) sarsıda bilməzdi. Əksinə Müqavimətin planları, qarşıdurmanın gələcəyinə hesablandı. İsrailin maraqlarının vurulması üçün uyğun anın və ən uyğun nöqtənin seçilməsi lazım idi. Hədəflərin təyin olunması, uyğun vasitələrin seçilməsi və İsrailin ən həssas nöqtələrinin müəyyən edilməsi lazım olduğu üçün, Müqavimət bu istiqamətdə addım atdı. Bu yolla Telaviv, davam edən qarşıdurmada əslində özünün atəş xəttində olduğunu anlamağa başladı.

Trump təcavüzkarlığı, döyüş üçün uyğun bir zəminə təmin edir 70 ildir Fələstin torpaqları üzərində qan tökən bir dövlətin etdiklərinə şahid olduq. Bununla yanaşı Qərblə xüsusilə də ABŞ ilə sionistlər arasındakı əlaqələrdə bir an belə olsun çətinlik yaşanmadı. Ancaq Barak Obamanın rəhbərliyi boyunca, ABŞ ilə İsrail arasındakı münasibətlər fərqli bir dövrə qədəm qoymuş oldu. Trump, İrana qarşı etdiyi çıxışda, 5 + 1 razılaşmasının tarixdə yazılmış ən pis razılaşma olduğunu söylədi. Belə dünyagörüşü əslində, davamlı olaraq Donald Trumpın qulağına pıçıldayan Ağ Evin yeni məsləhətçisi Steve Bannon'un başındakıların tərcüməsindən başqa bir şey deyil.

Bölgədəki hərbi vəziyyət bu nöqtələrə işarə edir:

İsrail, çoxlu sayda  hərbi sursata sahibdir. Ayrıca ABŞ -ın da hər növ dəstəyini alan İsrail gələcəkdə tam şəkildə ABŞ-a arxalanır. Bütün bunlar, Yaxın Şərqdə baş verəcək hər hansı bir qarşıdurmaın birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçiriləcəyini istisna etmir.

Buna qarşı Rusiya, müttəfiqi olan Suriyanın milli təhlükəsizliyini, ərazi bütövlüyünü  bənzər şəkildə himayə edir.

Bütün bunlarla yanaşı İran,  Rusiya ilə bir çox strateji mövzuda razılaşma imzalayıb. İran öz gücünü Livan, İraq və Suriyada artırıb. Digər tərəfdən düşmənlərinin  böyük bir döyüş başlaya bilməyəcəklər iddiasındadır.

Diqqət Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky