Yaxın şərq...

İsrail Qəzzaya iki ayrı hava hücumu reallaşdırıb.

  • News Code : 847292
  • Source : abna24.com
Brief

Sahbani, yaralılardan başına qəlpə parçası isabət edən bir Fələstinlinin vəziyyətinin ağır olduğunu bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Qəzzadakı Şəfa Xəstəxanasının Təcili Xidmət şöbəsinin müdürü Eymen əs-Sahbani, yazılı açıqlamasında, İsrailin Qəzza Zolağının şimalına təşkil etdiyi iki ayrı hava hücumunda 3 fələstinlinin yaralandığını bildiribi.

Sahbani, yaralılardan başına qəlpə parçası isabət edən bir Fələstinlinin vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə şahidləri də İsrail ordusuna aid döyüş təyyarələrinin, Qəzzanın şimalındakı bəzi əkin ərazilərinə iki raket hücumu təşkil etdiyini və bölgədəki ətraf binalarda maddi ziyanın olduğunu bildiriblər.


Həmas İsraili qınadı

Həmas sözçüsü Fevzi Berhum, yazılı açıqlamasında, İsrailin Qəzzaya təşkil etdiyi hücumu qınayaraq, "Sionistlərin Qəzzada müqavimətin mövqelərini qəsdən hədəfə almaları, cavabsız qalmayacaq deyə bildirib.

Şərhdə, Qəzzanın işğal güclərinin silahlarını test edəcəyi bir sahə olmasına icazə verilməyəcəyi qeyd edildi.

İsrail ordusundan isə hücuma bağlı hələ rəsmi açıqlama verilməyib.

Diqqət! Xəbərdən istifadəetdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky