Iraq xəbərləri

Haşd Şaabi: Telafer əməliyyatında aktiv şəkildə iştirak edəcəyik

  • News Code : 847717
  • Source : abna24.com
Brief

Əhməd əl-Əsədi, "Haşd Şaabi-nin Telafer əməliyyatında iştirakı Silahlı Qüvvələr Baş Komandanı Baş nazir Heydər əl-İbadi-nin əmriylə olacaq" deyə bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Haşd Şaabi-nin sözçüsü Əhməd əl-Əsədi, Telafer-in işid işğalından qurtarılması üçün planlaşdırılan  əməliyyata aktiv bir şəkildə qatılacağlarını açıqladı.

İraq Könüllü Xalq Gücləri (Haşd Şaabi) sözçüsü Əhməd əl-Əsədi, Telafer-in qurtarılması üçün ediləcək əməliyyata İraqlı digər qüvvələrlə birlikdə Haşd Şaabi-nin də aktiv bir şəkildə qatılacağını söylədi.

Əhməd əl-Əsədi, "Haşd Şaabi-nin Telafer əməliyyatında iştirakı Silahlı Qüvvələr Baş Komandanı  Baş nazir Heydər əl-İbadi-nin əmriylə olacaq" deyə bildirib.

2014-ci ildə işid tərəfindən işğal edilən Türkmən şəhəri olan Telafer, Mosul şəhərindən 65 kilometr məsafədə yerləşir.

Telafer, Mosulun qurtarılması əməliyyatı müddətində Haşd Şaabi tərəfindən mühasirə altına alınmışdı.

İŞİD-in Suriyayada Mosuldan sonra ən əhəmiyyətli mərkəzi olan Telafer-in nəzarət altına alınması, terror təşkilatının Suriya ilə əlaqəsinin  ölçüdə kəsiləcəyinə gətirib çıxaracaq.

İraq Baş naziri Heydər əl-İbadi,  etdiyi şərhdə Telafer-in qurtarılması üçün planlaşdırılan əməliyyata Haşd Şaabi ilə tayfa güclərinin də digər təhlükəsizlik gücləriylə birlikdə qatılacağını söyləmişdi.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky