İİR xəbərləri

General Səlami: İŞİD terror təşkilatını aradan qaldıracağıq

  • News Code : 847950
  • Source : abna24.com
Brief

General Səlami:İslamda əsiri öldürmək kimi bir şey yoxdur. Yaxında Şəhid Hocecinin intiqamını alaraq bu terroristləri aradan qaldıracağıq.

Əhlibeyt (as) Xəbər Agentliyinin verdiyi məlumata görə - İran Dövlət televiziyasına danışan İnqilab Gözətçiləri Komandirinin muavini General Hüseyn Səlami, "Səudiyyəlilər Yəməndə hər hansı bir müvəffəqiyyət qazana bildi mi? Bunların tutumu bax  bu qədərdir. Səudiyyə əsgərləri Yəmənə nə qədər çox tank salsada, sonunda Yəmənlilərə yerinə özləri zərər görəcəklər "deyə bildirib.

İnqilab Gözətçiləri Komandirinin Vəkili, ABŞ-ın İranın İHA'ları haqqındakı iddialarına da toxunaraq sözlərinə belə davam etdi: Bu atmosferin yaradılmasının əsl məqsədi psixoloji təzyiqdir. İHA'larımız davamlı olaraq İranın sərhədlərini, Fars Körfəzində qoruyaraq vəzifə başındadır. Çünki bura bizə aiddir və ABŞ-ın burada yeri yoxdur ... Ayrıca bölgədə meydana gələcək istənilən döyüş Sionist Rejim-in mahv olacağına gətirib çıxaracaq. Lakin ABŞ, İnqilab Gözətçilərinin davranışlarını təhrik edici olduğunu göstərməyə çalışır. Əslində onların İran əleyhinə olan strategiyaları nüvə razılaşmasından çox İnqilab Muhafizləri-nı damğalamaqdır.

General Səlami sözlərinin dvamında, "ABŞ bölgədə yeni bir döyüş başlatmağa acizdir; İranın hərbi təsisatlarına müdaxilə mövzusu da onların özləriylə məzara daşıyacaqları bir yuxudur, çünki bu təsisatların qapısı yalnız İran xalqına açıqdır. Bizim vəzifəmiz,  müdafiə gücümüzü getdikcə daha da inkişaf etdirməkdir. İndi istehsal etdiyimiz mərmilərin sayının çox olduğundan, bəzən saxlama problemiylə qarşılaşırıq. Bütün bu inkişaflar isə sanksiyaların tətbiq olunduğu bir dövrdə reallaşdı "deyə bildirib.

Suriyada İŞİD tərəfindən əvvəl əsir alınıb sonra isə şəhid edilən Mohsen Hoceci ilə əlaqədar də açıqlama verən  general Səlami, sözlərinə bunları da əlavə etdi: Hoceci, Suriya ilə İraqın ortaq sərhəd bölgəsində yerləşən hərbi-hissəyə  İŞİD-çi terrorçuların hücumu zamanı , əsir alındıqdan sonra şəhid edilib. Halbuki İslamda əsiri öldürmək kimi bir şey yoxdur. Y
axında Şəhid Hocecinin intiqamını alaraq bu terroristləri aradan qaldıracağıq.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky