Gəncə polisi möminlərin kütləvi həbsinə başlayıb.

Gəncədə Aşuradan dərhal sonra kütləvi həbslər başlayıb

  • News Code : 857974
  • Source : maide.az
Brief

30-dan artıq dindarın saxlandığı, onların Gəncənin polis rəisi Faiq Şabanovun rəhbərliyi ilə işgəncələrə məruz qaldığı bildirilir

Əhlibeyt (ə) Xəbər Agentliyinin maide.az saytına istinadən verdiyi məlumata görə Gəncədə 30-dan artıq dindar həbs olunub. Onların bir qismi Gəncə Şəhər Baş Polis İdarəsində, qalanı isə Kəpəz Rayon Polis İdarəsindədir. Saxlanılan şəxslərin işgəncə altında olduğu, bu prosesə şəxsən Gəncənin polis rəisi Faiq Şabanovun rəhbərlik etdiyi bildirilir. Bu haqda “Azadliq.info”ya Gəncədəki mənbələr məlumat verib.

 
Mənbənin sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətnin başçısı Elmar Vəliyevin göstərişi ilə sentyabrın 30-da Gəncədəki məscidlər bağlanmışdı. Ona görə də Gəncə və ətraf rayonların sakini İmamzadə ziyarətgahına axın edirdi. Adamların çoxluğunu görən məsul şəxslər “İmamzadə”nin də qapısını bağlayıb və gələnlər kompleksə buraxılmayıb. Bu səbəbdən adamlar narazılıq edib və nəticədə qarşıdurma yaranıb. Əraziyə çoxlu sayda polislər gətirilib. Polislər narazılıq edən vətəndaşlara qarşı güc tətbiq edib.
 
Mənbə deyir ki, son nəticədə “İmamzadə”nin qapıları açılıb və oktyabrın 1-də orada Aşura mərasiminin keçirilməsinə imkan verilib. Amma mərasim başa çatan kimi Gəncədə kütləvi həbslər başlanıb. Sentyabrın 30-da baş vermiş hadisə ilə əlaqədar kameralara düşən şəxslər zorakılıqla evlərindən çıxarılaraq polis idarəsinə aparılıb.
 
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlandığı bildirilir. Həbs olunanların sayının artacağı istisna olunmur. /

Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky