Azərbaycan hökümətinin repressiyaları...

Azərbaycanda "Məhərrəm" mərasimlərinə qadağa qoyulur

  • News Code : 857188
  • Source : abna24.com
Brief

Bu hadisələr Naxçıvanın; Təzə Kənd, Nehrəm, Culfa şəhərlərindəki məscidlərdə baş verir. Yerli qaynaqlar da bu cür hadisələrin baş verdiyini təsdiqləyirlər.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə- Azərbaycan hakimiyyətinin təhlükəsizlik qüvvələri; Naxçıvan muxtar respublikasının bir çox şəhər və kəndlərində İmam Hüseyn (ə) adına təşkil edilən mərasimlərə qadağa qoyaraq alimləri və şəhər xalqını həbs edir.

Naxçıvan şəhərində Məhərrəm ayı üçün məscidlərdə təşkil edilən matəm məclislərinə gedənlər həbsə atılır. Məscidlərdə  din xadimləri, polis və Kəşfiyyat məmurları tərəfindən təhdid edilir və yas mərasimlərinə qatılan xalq da polis tərəfindən təzyiqə məruz qalırlar, hətta polis işçiləri yas mərasimlərindən sonra evlərinə gedən insanları həbs edirlər.

Bu hadisələr Naxçıvanın; Təzə Kənd, Nehrəm, Culfa şəhərlərindəki məscidlərdə baş verir. Yerli qaynaqlar da bu cür hadisələrin baş verdiyini təsdiqləyirlər.

Qeyd edək ki  Lənkəran rayonunda da bele hallar baş verir.  24 Sentyabrda Tehməz Bayramov adlı şəxs Ya Hüseyn yazılan köynək geydiyi üçün həbs olunmuşdur. Polislər, ondan Ya Hüseyn yazılı köynəyini çıxartmasını istəmişdir Tehmez Bayramov isə köynəyini çıxarmağı qəbul etməmiş bu səbəbdən Lənkəran rayon Liman Şəhəri Polis İdarəsi işçiləri tərəfindən həbs olunmuşdur.

Bayramovun yaxınları bildiriblər ki, onu  hələ də azad etməyiblər.

Lənkəranda yas mərasimləri qadağaları davam edir. Mərasimlərə qatılan insanlar tutulub həbsə atılırlar.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky