Türkiyə

Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb

  • News Code : 859049
  • Source : deyerler.org
Brief

“Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, daha böyük fəlakətlərlə üzləşərik”

“Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”.

Əhlibeyt (ə) Xəbər Agentliyinin deyerler.org  saytına istinadən verdiyi xəbərə görə-Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsi təmin etməliyik”.

 Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: “Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Yaxud İraqda nə baş verir? Məsələn, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə hazırda 8-10 min türkmən var. 100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. “Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky