Necə Şiə Oldum

Çinli gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Çinli gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Çuan Yank İslam dininin cəzzabiyyətinin onu bu dinə tərəf çəkdiyini deyib: “Ümid edirəm ki, biz İslam dini barədə çoxlu məlumatlar mənimsəyə və bu məlumatların geniş yayılmasına töhfə verə bilərik”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, çinli gənc Çuan Yank İran İslam Respublikasının Məşhəd şəhərində İmam Rzanın (əleyhi səlam) mütəhhər hərəmində kəlimeyi-şəhadət gətirərək, İslam dinini qəbul edib və Şiə məzhəbinə dxail olub.

Məlumata görə, çinli gənc Astan News-a müsahibəsində İslam dinini necə qəbul etməsindən danışıb: “Mən Tyantszin şəhərində müsəlmanların sıx yaşadığı bir rayonda yaşayıram. Burada yaşadığım üçün müsəlmanlarla daha sıx əlaqdə olmuşam. Müsəlmanların həyat tərzi və inancları mənim çox marağıma səbəb olmuşdu”.

Çuan Yank İslam dininin cəzzabiyyətinin onu bu dinə tərəf çəkdiyini deyib: “Ümid edirəm ki, biz İslam dini barədə çoxlu məlumatlar mənimsəyə və bu məlumatların geniş yayılmasına töhfə verə bilərik”.

Çin Dövlət Universitetində memarlıq üzrə təhsil almış çinli gənc, İmam Rzanın (ə) hərəmini gəzərkən buradakı memarlıq incilərinə baxanda böyük zövq aldığını bildirib: “Bir dinə sahibəm və İslam dininin səmavi kəlamlarını öyrənməyə həvəsliyəm. Umid edirəm ki, vaxt və qarşıdakı çalışmaların məlumatlarımın daha da dərinləşməsinə kömək olacaq”.

İmam Rzanın (ə) mütəhhər hərəmində keçirilən xüsusi mərasimdə çinli gənc Çuan Yanka bir sıra mənəvi dəyərli hədiyyələr verilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky