Ərbəin Xəbərləri – 2018

Nigeriya polisi İmam Hüseyn (ə) əzadarlarına atəş açdı azı 10 Şiə Şəhid oldu – Video və Foto

Yerli mediaların verdiyi məlumatda 10 Şiə şəhid olumuş və xeyi sayda günahsız insanlar müxtəlif dərəcəli bədən və ruhi xəsarətlər almışlar.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist israil, ABŞ, səudiyyə rejimlərinin sifarişinə əsasən Nigeriya rejimi ölkədəki Şiələrə qarşı amansız siyasətlərini və vəhşi addımlarını davam etdirməkdədir...

Məlumatımıza görə, Nigeriya hərbi qulluqçuları bir daha Paytaxt Abuca şəhəri yaxınlığında Ərbəin mərasimini əziz tutan sülhsevər İmam Hüseyn (əleyhi səlam) əzadarlarına odlu silahlardan atəş açıblar.

Yerli mediaların verdiyi məlumatda 10 Şiə şəhid olumuş və xeyi sayda günahsız insanlar müxtəlif dərəcəli bədən və ruhi xəsarətlər almışlar.

Şəhid olan və yaralananların hammısı Nigeriya İslam Hərakatının tərəfdarlarıdır. Nigeriya rejimi artıq üç ildir ki, Nigeriya İslam Hərakatına qarşı amansız addımlar ataraq bu hərakatı əzməyə çalışır.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayının 13-də Nigeriyada dəhşətli olay yaşandı... Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəkinin 1 oğlu və bir qızı başda olmaqla minlərlə əliyalın Şiə mövcud rejimin hərbiçiləri tərəfindən qanına qəltan edildi, diri-diri yandırılaraq Şəhid olundular. Mindən artıq Şiə isə, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə həbsxanalara köçürüldü. Sözün əsl mənasında Şiə Soyqırımı həyata keçirilmişdir. Şeyx Zəkzəkinin özü və xanımı isə, göz və sinə nahiyyəsindən ölümcül yaralandılar... Şiələrə qarşı baş verən Soyqırımın arxasında isə, sionist israil rejimi, mason lojası, ABŞ, Qərb ölkələri olmaqla Səudiyyə rejiminin miloynlarla dollarları dayanır...

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky