Ərbəin Xəbərləri – 2018

Müqəddəs Kərbəlada Ərbəin Qərərgahının koordinasiya yığıncağı – Foto

Müqəddəs Kərbəlada Ərbəin Qərərgahının koordinasiya yığıncağı – Foto

Ərbəin Qərərgahının İraqdakı sədri deyib: "Bu il keçiriləcək mərasimdə həm İran və həm də İraq xalqları bir-birinin kənarında duraraq hamı bir nəfər kimi İmam Hüseynin (əleyhi səlam) şüarını yaşadacaqdır. Bir daha sübut edəcəkdir ki, iki ölkə arasında mövcud olan 1400 km-lik sərhəd qardaşlıq və dostluq sərhədidir."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının səfiri İrəc Məscidi və İran İslam Respublikasının Mədəniyyət müşaviri Höccətül İslam vəl Müslimin Qulam Rza Əbazərinin iştirakı ilə İraqı Kərbəla şəhərində Ərbəin Qərərgahının koordinasiya yığıncağı keçirilib.

Yığıncaqda Ərbəin Mərasimində iştirak edən təşkilat və qərərgahların nümayəndələri də iştirak ediblər.

İİR səfiri cənab Məscidi deyiblər: "Bu il keçiriləcək Ərbəin mərasimi "əl-Hüseyn Yəcməuna" yəni İmam Hüseyn (ə) bizləri bir yerə toplayır şüarı ilə bir daha zəvvarlar ilə iki dövlət məsulları arasında birlik səhnəsini yaradacaqdır."

Ərbəin Qərərgahının İraqdakı sədri deyib: "Bu il keçiriləcək mərasimdə həm İran və həm də İraq xalqları bir-birinin kənarında duraraq hamı bir nəfər kimi İmam Hüseynin (əleyhi səlam) şüarını yaşadacaqdır. Bir daha sübut edəcəkdir ki, iki ölkə arasında mövcud olan 1400 km-lik sərhəd qardaşlıq və dostluq sərhədidir."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky