Ərbəin Xəbərləri - 2018

İraqlı nazır bir dəstə İmam Hüseyn (ə) zəvarını qarşıladı və öz evinə apardı – Foto

İraqlı nazır bir dəstə İmam Hüseyn (ə) zəvarını qarşıladı və öz evinə apardı – Foto

İraqlı nazır öz evini İrandan olan bir dəstə İmam Hüseyn (ə) zəvvarlarının xidmətinə verib. Özü də zəvvar qonaqları ilə birgə namaz qılıb və süfrə başında əyləşib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın İnşaat və İctimai Bələdiyyələr naziri Tariq əl-Xeykani, Kərbəla ziyarəti zamanı, bu şəhərdə olan evini zəvvarların xidmətinə verib.

Məlumata görə, iraqlı nazır öz evini İrandan olan bir dəstə İmam Hüseyn (ə) zəvvarlarının xidmətinə verib. Özü də zəvvar qonaqları ilə birgə namaz qılıb və süfrə başında əyləşib.

İranın Kərbəla səfliyindən verilən məlumata əsasən, zəvvar hadisəni belə danışıb:

“Biz Kərbəla şəhərinə Hillə yolu ilə gəldik və gecə saat 12-də Kərbəla şəhərinə yetişdik. Piyada yol gələrkən qarşımızda maşın saxladı. İki nəfər xüsusi geyimli və bir nəfər mülki geyimli şəxs maşından düşüb bizə yaxınlaşdı. Özlərini tanıtdırılar. Nazir idi. Bizdən telefon nömrəmizi aldılar və bizdən ayrıldılar. Sonra 4 ədəd maşın gəlib bizi nazirin evinə apardı. Nazir bir saat bizimlə oldu. Aramızda isti dialoq yaşadı.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky