Ərbəin Xəbərləri

İran İslam Respublikası raket və radar sistemləri ilə Ərbəin yürüşünü mühafizə edir

  • News Code : 865044
  • Source : Sahar TV
Brief

Leytenant-mayor Şəmxal Cəfəri: İraq səmasında fəaliyyətdə olan bölgədən kənar bütün uçuşlar, o cümlədən pilotlu və pilotsuz uçan vasitələrin izlənilməsi xüsusi şəkildə həyata keçirilir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası ordusu Xatəmul-Ənbiya Havadan Müdafiə Qərargahının taktiki hava müdafiəsi bölməsinin komandanı İmam Hüseyn (ə) Ərbəini günlərində İİR səmasından keçən uçuş xətlərinin xüsusi şəkildə izlənildiyini bildirib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, leytenant-mayor Şəmxal Cəfəri Ərbəin günlərində zəvvarlar üçün tan nəzarətin tətbiq olunduğunu bildirib və deyib: İraq səmasında fəaliyyətdə olan bölgədən kənar bütün uçuşlar, o cümlədən pilotlu və pilotsuz uçan vasitələrin izlənilməsi xüsusi şəkildə həyata keçirilir.

İran İslam Respublikası ordusu Xatəmul-Ənbiya Havadan Müdafiə Qərargahının taktiki hava müdafiəsi bölməsinin komandanı əlavə edib: İmam Hüseyn (ə) ərbəini günlərində gündəlik 55 sərnişin təyyarəsi Nəcəf və Kərbəla aeroportlarından zəvvarları nəql edirlər. Bütün uçuşlara səyyar və sabit radar sistemləri ilə nəzarət olunur.

Cəfərinin sözlərinə görə, ölkə daxili və xaricində hava zolağının qorunması məqsədilə İran İslam Respublikası sərhədində radar obyektlərində sabit və səyyar elektron dinləmə sistemləri öz fəaliyyətlərini göstərirlər.

20 səfər 1439-cu il dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəla səhrasında şəhid edilməsinin ərbəinin ildönümü günüdür. Dünyanın hər bir yerindən milyonlarla müsəlman ərbəin mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən bu şəhərə səfər edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky