Ərbəin Xəbərləri – 2018

Gürcüstanın baş arxiyepiskopu M. Songulaşvili İmam Hüseyni (ə) ziyarət etdi - Video

Gürcüstanın baş arxiyepiskopu Salare Şəhidanının mübarək məqbərəsi önünə çatdıqda əyilərək Allah Təalaya şükür səcdəsi etmiş və səcdədən qalxaraq qunut tutaraq Allaha dualar etmiş və yenidən səcdəyə getmişdir.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərbəin yürüşünə qatılmış Gürcüstanın baş arxiyepiskopu Malkhaz Songulaşvili artıq ötən gün Kərbəla şəhərinə çataraq Həzrət Əba Əbdillah Hüseynin (əleyhi səlam) pak hərəmini ziyarət etmişdir.

Gürcüstanın baş arxiyepiskopu Salare Şəhidanının mübarək məqbərəsi önünə çatdıqda əyilərək Allah Təalaya şükür səcdəsi etmiş və səcdədən qalxaraq qunut tutaraq Allaha dualar etmiş və yenidən səcdəyə getmişdir.

Qeyd edək ki, İmam Hüseynə (əleyhi səlam) sevgi təkcə müsəlmanların qəlbində deyil, bütün həqiqət axtarışında olan sülhsevər insanların qəlbində olan ümümbəşər İlahi bir sevgidir. Bu Gürcüstanın baş arxiyepiskopu Malkhaz Songulaşvili də Ərbain yürüşünə ilk səfəridir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky