Ərbəin Xəbərləri (2017)

Aleksandr Duqin `Ərbəin` yürüşünə qatıldı – Foto

  • News Code : 865557
  • Source : FaktXəbər Məşriqə istinadla
Aleksandr Duqin: “...Dünyanın mənəvi və İlahi İnqilaba ehtiyacı var. Necə ki, İranda İslam İnqilabı baş verib. Biz provosloav xristianlar olaraq belə bir mənəvi dirçəlişin ardıncayıq…”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kremlin hazırkı siyasətinin ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin "Ərbəin" yürüşündə iştirak etmək üçün İraqa səfər edib. Müxtəlif ölkələrdən olan mədəniyyət nümayəndələri və bir sıra mətbuat işçiləri ilə birgə Nəcəf şəhərinə gələn rusiyalı strateq müsəlmanların böyük izdihamla qeyd etdiyi yürüşdə şəxsən iştirak edəcəyini bildirib.

İraqa gələrkən yerli mətbuata açıqlama verən Aleksandr Duqin qeyd edib ki, dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var: "Mən uzun illərdir ki, bu önəmli yürüşlə bağlı məlumatlar alıram. Çox istəyirdim ki, özüm şəxsən bu yürüşdə iştirak edim. Bəzi türk dostlarım da var idi ki, onlar da bu mərasimə qatılmaq istəyirdilər. Ona görə də biz Ərbəin yürüşündə iştirak etmək qərarına gəldik. Fikrimcə, getdikcə beynəlxalq səciyyə alan və bütün millətlər, dinlərdən, o cümlədən xristianlardan iştirak edən bu yürüş qlobal dəyişikliyin müqəddiməsidir. Mən dəfələrlə demişəm ki, modern dünya liberal və kapitalimz ideologiyası ilə sonuna doğru yaxınlaşır. Həmçinin dünyada bəşəriyyət üçün böhran yaratmaqdan başqa faydası olmayıb. Dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var. Necə ki, İranda İslam İnqilabı baş verib. Biz provosloav xristianlar olaraq belə bir mənəvi dirçəlişin ardıncayıq".

Qeyd edək ki, Ərbəin yürüşü - müsəlmanların üçüncü imamı sayılan Həzrəti Hüseynin (ə) şəhid olmasının qırxıncı günü keçirilən genişmiqyaslı tədbirdir. İmam Hüseynin (ə) şəhid olmasının qırxıncı günü ilə əlaqədar milyonlarla insan Nəcəf şəhərindən Kərbəlaya piyada gedərək bu yürüşdə iştirak edirlər. Bu yürüşdə təkcə Əhli-Beyt (ə) davamçıları deyil, həm də digər məzhəbdən olan müsəlmanlar, eyni zamanda xristianlar da iştirak edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky