Ərbəin Xəbərləri

"Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı tədbir keçirib – Foto

  • News Code : 865572
  • Source : FaktXeber
Brief

20 Yanvar hadisəlәri zamanı şəhid olmuş general Məhəmməd Əsədovun xanımı Mələykə Əsədova təşkil edilmiş tədbirdə iştirak edən xanımların təkcə namaz qılmaqla kifayətlənməyərək ölkənin ictimai həyatında yaxından iştirak etdiklərinə görə xüsusi məmnunluğunu ifadə etdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Beynəlxalq Mətbuat Mərkəzində" "Əsgər analarına dəstək" İctimai Birliyinin təşəbbüsü ilə "Ərbəin - İkinci Aşura" adlı tədbir keçirilib.

Tədbir "Əl-Fəcr" surəsinin tilavəti ilə başlandı. İlk söz alan "Əsgər analarına dəstək" İctimai Birliyin sədri Növrəstə İbrahimova "Ərbəin - İkinci Aşura" tədbirini şəfa və oyanışa səbəb olacağına inandığını bildirdi:

"Kərbəlaya 1400 il əvvəl baş verimiş tarixi hadisə kimi baxmaq olmaz, dünya durduqca torpaq, vətənsevərlər bu möhtəşəm hadisədən ilham alacaq. Qarabağda canından keçən şəhidlərimizin hər biri İmam Hüseyn(ə) surətli qəhramanlardır. Aprel döyüşlərində şəhid olan əsgərlərimizin mənəviyyatı məscidlərdən, minbərlərdən qidalanmışdır. Övladlarınızın başına "Ya Hüseyn" "Ləbbeykə Ya Hüseyn" sarğılarını bağlayıb, bu müqəddəs dəyəriləri onlara kiçik yaşlarından təbliğ edin. Qız övladlarınıza xanım Zeynəbi (s.a) tanıdın, bu xanımın isməti və iffəti Azərbaycan qadını üçün ən böyük örnəkdir. Tanınmış siyasətçi Tomas Kraysler İmam Hüseyn(ə) hərakatını, 72 nəfərin 300 minlik ordu qarşısında qələbə qazanmasını yalnız böyük iman və ixlasla əldə edildiyini xüsusi qeyd etmişdir. Bizimdə gələcək qalibiyyətlərimiz yalnız Allaha olan iman və İmam Hüseyn(ə) aldığımız dərs nəticəsində mümkündür."

Daha sonra söz alan 20 Yanvar hadisəlәri zamanı şəhid olmuş general Məhəmməd Əsədovun xanımı Mələykə Əsədova təşkil edilmiş tədbirdə iştirak edən xanımların təkcə namaz qılmaqla kifayətlənməyərək ölkənin ictimai həyatında yaxından iştirak etdiklərinə görə xüsusi məmnunluğunu ifadə etdi. Şəhidin yoldaşı 1400 il bundan öncə olan hadisəni unutmayan xalqımızın öz qəhrəmanlarını da unutmayacağını və daima onların xatirələrini uca tutacağına inandığını vurğuladı.

Tədbir digər natiqlərin çıxışları ilə davam etdirildi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky