Ərbəin Xəbərləri - 2018

Ərbəin günü oxunan ziyarətnamə - Audio

Ərbəin ziyarəti möminlik nişanəsidir...

Həzrət İmam Həsən Əskəri (ə) buyurdu: "Mömin şəxsin beş əlaməti vardır; hər gün əlli bir rükət namaz, yəni on yeddi rükət vacib və otuz dörd rükət nafilə namazlarını qılar, "Ərbəin" ziyarətnaməsini oxuyar, sağ əlinə üzük taxar, səcdədə alnını torpaq üzərinə qoyar və "Bismillahir Rəhmanir Rəhim"i ucadan deyər."


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərbəin ziyarətnaməsi Səfər ayının iyirmisində oxunur. Bu ziyarət möminlik nişanəsidir. Belə ki, Şeyx Tusi "Təhzib" və "Misbah" kitablarında nəql edir ki, Həzrət İmam Həsən Əskəri (ə) buyurdu: "Mömin şəxsin beş əlaməti vardır; hər gün əlli bir rükət namaz, yəni on yeddi rükət vacib və otuz dörd rükət nafilə namazlarını qılar, "Ərbəin" ziyarətnaməsini oxuyar, sağ əlinə üzük taxar, səcdədə alnını torpaq üzərinə qoyar və "Bismillahir Rəhmanir Rəhim"i ucadan deyər."

Rəvayətdə sadalanan xüsusiyyətlər bütünlüklə şiələrə aiddir. 51 rəkət namaz peyğəmbərin buyuruğu əsasında şiələrin xüsusiyyətlərindəndir. Yalnız şiələr torpağa səcdə edir. Bəziləri Bismillahir-Rəhmanir-Rəhim cümləsini ya demir, ya da astadan deyir. Sağ ələ üzük salmaq, Ərbəin ziyarətnaməsi oxumaq da şiəlikdə əksini tapıb.

Ərbəin ziyarətinin dəyəri onun təkcə möminlik nişanəsi olması deyil. İmam Həsən Əsgəri (ə) bu ziyarətin vacib və müstəhəb namazla eyni sırada dayandığını buyurur. Namaz dinin sütunu olduğu kimi Ərbəin ziyarəti, o cümlədən Kərbəla hadisəsi vilayətin sütunudur. Həzrət peyğəmbər buyurur ki, dinin sütunu var və bu namazdır. İmam Həsən (ə) əsgəri buyurur ki, Əhli-beytin (ə) də sütunu Ərbəin ziyarətidir.

Tusi "Təhzib" və "Misbah" kitablarında Səffan Cəmmaldan belə nəql edir: "Mövlam Həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barəsində mənə buyurdu ki, bu ziyarətnaməni, günəş üfüqdən bir qədər qalxandan sonra bu qaydada oxu:

(Duanın oxunuşu audioda dinləyə bilərsiniz və yaxud buranı tıklayın http://abna.cc/7WcS )

Dua bitdikdən sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı et və ən əsası İmam Zaman həzrətlərinin zühurunun tezləşməsini və İslam Ordusunun küfrə qalib olmasını, xəstələrin şifasını,borclu insanların borclarının qaytarılmasını, günahlarımızın bağışlanmasını Allah Təaladan həzrəti İmam Hüseynə (əleyhi səlam) xatir istəyin.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky