Köşə Yazısı

Şəhid Rəfailin doğum günü münasibətilə yazılmış məqalə

O vücudunu yandıran güllənin ağrısından qamətini bükmüşdü.

Şəhid Rəfailin doğum günü münasibətilə yazılmış məqalə

Bədəni haldan düşən şəxs başını qaldırıb ətrafa nəzər etdi. Artıq hərbçilər evi tam olaraq əhatəyə alaraq qapı önündə müqavmət göstərən son dəstə ilə aparılan qarşıdurmaya nəzər saldı. Qalxmaq, qardaşlarına yardım etmək istədi o. Lakin çoxlu qan itirmə səbəbindən yerindən qalxa bilmədi.

Qarşıdurma evin düz qarşısında baş verdi. Üst geyimində, ayaqqabları belə olmayan əli yalın bu şəxslərin məhəbbətlə daşan qəlblərini görən gözlər vəsf etməyə acizdir. Təsəvvür edin, hərbi geyimlilərin sayı məlum deyil, üzləri maskalı bu şəxslər qarşılarına çıxan hər bir şəxsi gah xidməti silahla, gah da avtomatın qundağı ilə vuraraq al qana qərq edirdilər.

Bir neçə dəqiqə ərzində altıya yaxın şəxs otağın tam astanasında güllə yarası alaraq yer yıxıldılar. Onların içində qıvrılaraq yerə düşən bir şəxs də vardı. O vücudunu yandıran güllənin ağrısından qamətini bükmüşdü. Əlini güllə dəyən nahiyəyə qoyaraq az da olsa varlığına hakim kəsilən ağrını susdurmaq istədi. Bir anlıq ovucu al qanla dolaraq soyumaqda olan havanın varlığına hərarət gətirdi sankı.

Bədəni haldan düşən şəxs başını qaldırıb ətrafa nəzər etdi. Artıq hərbçilər evi tam olaraq əhatəyə alaraq qapı önündə müqavmət göstərən son dəstə ilə aparılan qarşıdurmaya nəzər saldı. Qalxmaq, qardaşlarına yardım etmək istədi o. Lakin çoxlu qan itirmə səbəbindən yerindən qalxa bilmədi.

Hər an vücudunu bürüyən halsızlıq yavaş-yavaş bədənini hərəkətsiz vəziyyətə gətirirdi. Qan axmaqdan quruyan ləblərini ağır-ağır tərpətdi. Hər azalan saniyələr onu ölümə daha da yaxınlaşdırdığını o çox gözəl başa düşürdü.

Əllərini üzü müqabilində tutdu. Keyləşmiş əlləri al qan içində ona yaralı bədənin son həsrət sətirlərini oxudu sankı. O ağr-ağır xırıldadı. Qulağına doğma səs gəldi. “Rəfail-Rəfail-Rəfail” deyib onu səslədi. Kimin səsi olduğun o, anlaya bilmədi. Bu onun dünyada eşidə biləcəyi sonuncu səs oldu. Onu səsləyən isə əli silahlıların içində fəryad qoparan həyat yoldaşı idi...

Əbülfəz Bunyadov

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky