Qədir Xum və Mübahilə Bayramları münasibətilə

"Rəsuli Əkrəmin (ə) Himayədarı Həzrət Əbu Talib (ə)" haqqda Beynəlxalq Konfransın elmi çağırışı

Ümüdünya Əhli-Beyt (ə) Assambleyası digər elmi təşkilatlarla birgə "Rəsuli Əkrəmin (s) Himayədarı Həzrət Əbu Talib (ə)" adlı Beynəlxalq Konfransı təşkil edərək, tarix, metot, əqaid, kəlam, rical, ərəb ədəbiyyatı, biblioqrafiya və s. fənlər üzrə çalışan dəyərli alim və tədqiqatçıların göstərəcəkləri fəaliyyətləri sayəsində Şeyxul-Əbatih (Məkkənin Şeyxi) Həzrət Əbu Talibin (ə) tarix boyu məzlumiyyətə uğramasını sübuta yetirərək qismən də olsa O Böyük Şəxsiyyətə vurulan ittihamlar aradan qaldırılsın.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmamət və Vilayət bayramları olan Qədir Xum və Mübahilə bayramları münasibəti ilə "Rəsuli Əkrəmin (ə) Himayədarı Həzrət Əbu Talib (ə)" haqqda keçiriləcək Beynəlxalq Konfransın elmi çağırş edib.

Ümüdünya Əhli-Beyt (ə) Assambleyası digər elmi təşkilatlarla birgə "Rəsuli Əkrəmin (s) Himayədarı Həzrət Əbu Talib (ə)" adlı Beynəlxalq Konfransı təşkil edərək, tarix, metot, əqaid, kəlam, rical, ərəb ədəbiyyatı, biblioqrafiya və s. fənlər üzrə çalışan dəyərli alim və tədqiqatçıların göstərəcəkləri fəaliyyətləri sayəsində Şeyxul-Əbatih (Məkkənin Şeyxi) Həzrət Əbu Talibin (ə) tarix boyu məzlumiyyətə uğramasını sübuta yetirərək qismən də olsa O Böyük Şəxsiyyətə vurulan ittihamlar aradan qaldırılsın.

Biz ABNA olaraq Beynəlxalq Konfransın elmi çağırışının tam mətnin saytımızın əziz ziyarətçilrinə təqdim edirik:


"Rəsuli Əkrəmin (s) Himayədarı Həzrət Əbu Talib (ə)" Beynəlxalq Konfrans Elmi Çağırış


Həzrət Peyğəmbər (s) buyurub: "Mən və Yetimin Himayədarı (yəni Əbu Talib (ə)) hər ikimiz cənnətdəyik"



Həzrət Əbu Talib ibn Əbdül-Müttəlib İslam Peyğəmbərinin (s) əmisi, Əmirəl Möminin Həzrət Əlinin (ə) atası, Həzrət Peyğəbərin (s) və besətin ilk günlərindən başlayaraq İslam dininin ən əsas himayədarı idi. Onun həyatı başdan ayağa iftixarla, fədakarlıq və az müşahidə olunan ixlasla dolu bir yaşayış idi. O, həyatı boyu Kəbə Evinin qapısının açarını gəzdirən, problemlə üzləşmiş insanların sığınacaq yeri, məzlumların köməkçisi olmuşdur. Lakin onun Həzrət Peyğəmbər (s) uğrunda göstərdiyi fədakarlığı və Məkkə müşrikləri qarşısında sipər gəlib müqavimət göstərməsi həyatının ən parlaq hissəsini təşkil edir.

Bütün bunlara baxmayaraq təəssüflə deməliyik ki, Əhli- Beytin (ə) tarixi düşmənlərinin kin-küdrətləri səbəbindən Həzrət Əbu Talibin (ə) şəxsiyyəti töhmət atəşləri altında qalıb, qəflət pərdəsi ilə örtülmüşdür. Əsirlər boyu O, Həzrətin haqqında görülən fərdi işlərin əksəriyyəti isə Onun imanı haqqında olmuşdur. Lakin Həzrət Əbu Talibin (ə) əxlaqı, xüsusiyyətləri, siyasi və ictimai fəaliyyətləri, şeir və ədəbiyyat barəsində qoyduğu əsərləri tədqiqatçıların nəzərindən kənarda yayınmışdır.

Həmçinin bu günə kimi dünya səviyyəli alimlərin, yazarların məqalələri və elmi işlərindən istifadə edərək diqqəti cəlb edəcək beynəlxalq konfrans təşkil olunmamışdır.

Ümüdünya Əhli-Beyt (ə) Assambleyası Quran və Əhli-Beytin (ə) maarifini yayımlayan və Əhli-Beyt (ə) Mətkəbinin ardıcıllarının mədəniyyət və idealogiyalarına dəstək verən beynəlxalq "NGO" təşkilatı olaraq digər elmi təşkilatlarla birgə "Rəsuli Əkrəmin (s) Himayədarı Həzrət Əbu Talib (ə)" adlı Beynəlxalq Konfrans təşkil edir.

Beləliklə də biz dəyərli alim və tədqiqatçıları tarix, metot, əqaid, kəlam, rical, ərəb ədəbiyyatı, biblioqrafiya və s. fənlərə söykənərək (yaxud konfransın mövzularına uyğun olan istənilən məsələ barəsində) elmi məqalə yazmağa dəvət edirik. Öz iştirakınız ilə Şeyxul-Əbatih (Məkkənin Şeyxi) Həzrət Əbu Talibin (ə) tarixi məzlumiyyətini aradan qaldırın.


A) Tarix və metod

1. Həzrət Əbu Talibin (ə) nəsli və ailəsi.

2. Əbu Talib (ə) besətdən öncə.

3. Əbu Talibin (ə) ticarət səfərləri.

4. Əbu Talib (ə) və Peyğəmbərə sərpərəstlik etməsi. Bu işin səbəb və amilləri.

5. Əbu Talib (ə) və Peyğəmbərin (s) canının qorunması:

- Uşaqlıq illəri

- Nübuvvət dövranı

6. Əbu Talib (ə) və Peyğəmbərin (s) izdivacı.

7. Əbu Talib (ə) haqqında tarixi məlumatların təhlili.

8. Tarixdə qeyri-ələvi talibilər:

- Peyğəmbər dönəmində

- Ələvilər dönəmində

- Aşura hadisəsində

- Əməvilər dönəmində

- Əbbasilər dönəmində

9. Əbu Talib (ə) digərlərinin baxışında:

- Əhli-Beytin (ə) (Peyğəmbər (s) və Məsum imamların (ə)) nəzərində

- Şiə

- Əhli Sünnə

- Şərqşünaslar

10. Əbu Talibin (ə) şəxsiyyətinin alçaldılmasında əməvi və abbasilərin rolu.

11. Əbu Talibin (ə) şəxsiyyətinin alçaldılmasında zübeyrilər sülaləsinin rolu.

12. İslam tarixində baş verən hadisələrdə Əbu Talibə (ə) sevgi bəsləməyin rolu.

13. Əbu Talib (ə) və İslam

14. Əbu Talibin (ə) mirasına aid tarixi istinadlar.

15. Əbu Talibin (ə) şeirlərinin tarixi təhlili.

16. Əbu Talibin (ə) ictimai metodu.

17. Bugünkü günümüz üçün Əbu Talibin (ə) həyatından örnəklər.



B) Kəlam və əqaid

1. Əbu Talibin (ə) imanın sübut edən dəlillərin araşdırılması.

2. Müxaliflərin şübhələrini araşdırmaq və onlara geniş, izahlı cavab vermək.

3. Əbu Talibin (ə) Həzrət Rəsuli Əkrəmə (s) dəstək verməsi və onu müdafiə etməsi.

4. Əbu Talibin (ə) müxtəlif münasibətlərdə İslam və Peyğəmbərin (s) müdafiəsi haqqda buyurduğu kəlamlarının təhlili.

5. Əbu Talibin (ə) şəni haqqında Peyğəmbərin (s) və Məsum imamların (ə) buyurduğu kəlamlar.

6. Əbu Talibin (ə) imanının özü və digərləri tərəfindən gizlədilməsi.

7. Əbu Talibin (ə)  kafir olması haqqında gələn hədislərin mətn və sənəd baxımından araşdırılması.

8. Səhabələrin və tabeinlərin Həzrət Əbu Talibin (ə) imanı haqqda buyurduqları kəlamların təhlili.



C) Şeir və ədəbiyyat


* Dilçilik üzrə mövzular

1. Əbu Talibin (ə) şeir və ədəbiyyatında dilçiliyin təhlili.

2. Əbu Talibin (ə) şeirndə lüğətşünaslıq.

3. Əbu Talibin (ə) xütbə və vəsiyyətlərində lüğətşünaslıq.

4. Əbu Talibin (ə) şeirinin stilistikası.

5. Əbu Talibin (ə) şeir və ədəbiyyatındakı intertekstual (Tnas).

6. Əbu Talibin (ə) şeir və nəsrlərinin tərcüməsinin təhlili.

7. Əbu Talibin (ə) şeirlərinin Təhlil və Lirika birləşdirməsi.

8. Əbu Talibin (ə) xütbə və vəsiyyətlərinin Təhlil və Lirika birləşdirməsi.


* Ədəbiyyat mövzuları

9. Həzrət Əbu Talibin (ə) ədəbiyyatının ərəb şairlərinə və şeirlərinə qoyduğu təsiri.

10. Əbu Talib (ə) cənablarının şeirlərində işlədilən fənnlər və şeirlərindəki məqsədlər.

11. Həzrət Əbu Talibin (ə) şeirlərinin bəlağət və ritorik nöktələr baxımından təhlili.

12. Həzrət Əbu Talibin (ə) xütbə və vəsiyyətlərinin bəlağət və ritorik nöktələr baxımından təhlili.

13. Həzrət Əbu Talibin (ə) şeirlərində illüstrasiya və fantaziya görüntüləri.

14. Quranda gələn kəlmələrin izah və təfsiri üçün Həzrət Əbu Talibin (ə) şeirlərinə istinad etmək.


* Məzmun mövzusu

15. Həzrət Əbu Talibin (ə) şeirlərində iman və əqidə.

16. Həzrət Əbu Talibin (ə) xütbə və vəsiyyətlərində iman və əqidə.

17. Həzrət Əbu Talibin (ə) şeirlərində Həzrət Rəsuləllah (s).

18. Həzrət Əbu Talibin (ə) xütbə və vəsiyyətlərində Həzrət Rəsuləllah (s).


* Həzrət Əbu Talib (ə) şeir və ədəbiyyatda

19. Həzrət Əbu Talib (ə) Fars ədəbiyyatında və şeirlərində.

20. Həzrət Əbu Talib (ə) Ərəb ədəbiyyatı və şeirlərində.

21. Həzrət Əbu Talib (ə) digər xalqların (urdu, türk, ingilis, fransa, alman və s. dilli millətlərin) şeir və ədəbiyyatında.

22. Həzrət Əbu Talibin (ə) şeir və nəsrləri digərlərinin nəzərində.


D) Kitablar və yazarlar

1. Əbu Talibin biblioqrafiyası (Əbu Talibin haqqında aparılan tədqiqat işlərinin tarixi)

2. Əbu Talibin (ə) təsviri biblioqrafiyası.

3. Əbu talibin (ə) haqqında yazılmış əsərlərin tipologiyası.

4. Əbu Talibin (ə) divanının kodikoloqiyası.

5. Əbu Talibin (ə) divanının tərcüməsi və izahı.

6. Həzrət Əbu Talibin (ə) şeirlərinin rical və rəvayətləri.

7. Həzrət Əbu Talibin (ə) xütbə və vəsiyyətlərinin rical və rəvayətləri.

8. Həzrət Əbu Talibin (ə) şeirlərinin təhqiq və islah olunmuş nüsxələrinin araşdırılması.


* Yazarların mövzuları

9. Həzrət Əbu Talib (ə) barəsində kitab və məqalələr yazan şəxslərin bioqrafiyası.

10. Həzrət Əbu Talibin (ə) imanın qəbul edən və etməyən şəxslərin tövsiq və ya təzif edilmələri.




Konfransın katibliyi ilə əlaqə

Ünvan: Qum, Cümhuri İslami bülvarının başlanğıcı,

Ümüdünya Əhli-Beyt (ə) Assambleyası, üçüncü mərtəbə.

Poçt indeksi: 3716686411

Telefon: 025-32131417_Faks: 025-32131350

Sayt: www.abutalib-conf.ir

Email: abutalib.conf@gmail.com

Əsərlərin göndərilməsinin son tarixi:

Məqalələrin xülasəsinin göndərilməsi: 20. Yanvar. 2019

Məqalələrin əsl nüsxəsinin göndərilməsi: 20. Aprel. 2019



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky