Yaxın Şərq Xəbərləri

Müqəddəs Səhlə Məscidinin günbəzinin qızıla bürünməsi işlərinə başlandı - Foto

İmam Sadiqdən (əleyhi səlam) belə nəql olunur: “Sanki, görürəm Həzrət Sahibul-Əmr (Allah Onun şərəfli gəlişini tezləşdirsin) öz ailəsi ilə birlikdə o Məscidə gəlir və oranı Özünə məskən edir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Küfə şəhərində yerləşən Səhlə Məscidinin günbəzinin qızıla bürünməsi işlərinə başlanılıb.

Məlumata görə, Həzrət Əbülfəzl Abbasın (əleyhi səlam) mütəhhər hərəminin mühəndis texniki idarəsi Səhlə Məscidindəki bərpa və yenidənqurma işlərini həyata keçirir. İdarənin rəhbəri Ziya Məcid Əl-Saiq hazırda məscidin günbəzinin qızıla bürünməsi işlərinin birinci mərhələsinin həyata keçirildiyini deyib. O, yenidənqurma işlərinin məscidin memarlığı ilə ahəng təşkil etməsinə diqqət etdiyini bildirib.

Xatırladaq ki, Səhlə məscidi fəzilət baxımından Kufə məscidinə çatmasa da, özünəməxsus çoxlu fəzilətləri vardır. Bu Məscid həzrət İdris (əla nəbiyyina və alihi və əleyhi səlam) və həzrət İbrahim (əla nəbiyyina və alihi və əleyhi səlam) peyğəmbərin evi, həzrət Xızırın (əla nəbiyyina və alihi və əleyhi səlam) qaldığı yer və məskəni olmuşdur. Səhlə Məscidində çoxlu peyğəmbərlər (əla nəbiyyina və alihi və əleyhim səlam) namaz qılmışlar. İmam Sadiqdən (əleyhi səlam) belə nəql olunur: “Sanki, görürəm Həzrət Sahibul-Əmr (Allah Onun şərəfli gəlişini tezləşdirsin) öz ailəsi ilə birlikdə o Məscidə gəlir və oranı Özünə məskən edir. Hər kəs o Məsciddə dayanarsa, sanki Allahın Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) xeyməsində dayanmışdır. Səhlə Məscidində xalis niyyətlə dua edən şəxsin hacəti yerinə yetirilər. Mələklər gecə-gündüz o Məscidi ziyarət edirlər...”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky