Yaxın Şərq Xəbərləri

İŞİD-in yüksəkvəzifəli media rəsmisi Mosulda ələ keçdi

İŞİD-in yüksəkvəzifəli media rəsmisi Mosulda ələ keçdi

Qondarma "İŞİD" adlı terror təşkilatının təbliğat vasitələrindən biri olan "Amaq" agentliyi 2014 ildə qurulmuş və gördüyü fəaliyyət isə yalnız terrorçuların bütün əməliyyatlaını müsbət şəkildə işiqlandırmaq və dezinformasiya xəbərlərini yayımlamaq olmuşdur.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, sionist rejim, Səudiyyə sülaləsinin icad edərək dəstək verdikləri qondarma "İŞİD" adlı terror təşkilatının ən böyük təbliğat vasitələrindən biri olan "Amaq" agentliyinin icraçı direktoru Osman Xalid Əmin Mosulda həbs edilib.

Rusiyanın Əl Yovm tv kanalının verdiyi məlumata görə, İraq Silahlı Birləşmələrinin Mosulun cənub-şərqində yerləşən Lik kəndində həyata keçirdiyi bir əməliyyatda Osman Xalid Əmin ilə birlikdə, "İŞİD"-in mətbuat və təbliğat vahidlərin daxil olan bir çox şəxsi o cümlədən Osman Xalid Əmininin 6 müavinini də həbs edib.

Qondarma "İŞİD" adlı terror təşkilatının təbliğat vasitələrindən biri olan "Amaq" agentliyi2014 ildə qurulmuş və gördüyü fəaliyyət isə yalnız terrorçuların bütün əməliyyatlaını müsbət şəkildə işiqlandırmaq və dezinformasiya xəbərlərini yayımlamaq olmuşdur.

Martın 4-ü İraqın Əl-Həşduş Şəbi qüvvələrinin Huveycə şəhərinin iki kəndində həyata keçirdiyi əməliyyatda da 20 İŞİD terrorçusunun öldürüldüyü bildirilib. İraqlı mənbələrdən əldə edilən məlumatlara görə, Kərkükün cənub-qərbindəki Huveycə şəhərinin Ləmura və Tel-Lahim kəndlərində keçirilən əməliyyatda 15 terrorçu da mühasirəyə alınıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky