Yaxın Şərq Xəbərləri

İŞİD-in Samirə adlı azərbacanlı üzvü İraq məhkəməsində ifadə verib

İŞİD-in Samirə adlı azərbacanlı üzvü İraq məhkəməsində ifadə verib

Suriyada və İraqda məğlubiyyətə uğrayan İŞİD terror təşkilatının həbs olunan Samirə adlı azərbaycanlı üzvü Bağdadda yerləşən Mərkəzi Cəza Məhkəməsində ifadə edib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada və İraqda məğlubiyyətə uğrayan İŞİD terror təşkilatının həbs olunan Samirə adlı azərbaycanlı üzvü Bağdadda yerləşən Mərkəzi Cəza Məhkəməsində ifadə edib.

Həyat yoldaşının türkiyəli olduğunu söyləyən Samirə onun təkidi ilə 2015-ci ildə Türkiyədən Suriyaya yolda düşdüklərini açıqlayıb. Samirə onunla 1 il Suriyada yaşadıqdan sonra, İraqa köçdüklərini və burada da 1 il yaşadıqlarını söyləyib.

O, daha sonra İŞİD üzvü olan həyat yoldaşından ayrıldığını bildirib. 2 yaşlı qızı Safiyə ilə birlikdə İraq həbsxanasında qalan Samirə hakim Suheyl Abdullahın ərinin hazırda harada olması ilə bağlı sualına, "Onun haqqında məlumatım yoxdur. 2017-ci ildəki Mosul döyüşlərindən sonra onunla əlaqəm itdi", - deyə cavab verib.

Samirə indiyədək heç bir cinayət törətmədiyini və günahsız olduğunu sözlərinə əlavə edib.

Hakim Suheyl Abdullah "Al-Monitor" qəzetinə verdiyi açıqlamada Samirənin müqəddəratını müsbət yöndə dəyişdirəcək hər hansı hal şahidinin olmadığını bildirib.

O əlavə edib ki, hazırda İraq həbsxanalarında çox sayda İŞİD-lə əlaqəli qadınlar vardır ki, onlar arasında rusiyalı, fransalı, türkiyəli və digər ölkələrin vətəndaşları olan şəxslər mövcuddur. Hakim məhkəmə proseslərində hər zaman tərcüməçi tapılmadığı üçün onların boş yerə gözlədiklərini açıqlayıb.

Qeyd edək ki, İraqda 2005-ci ildə qəbil edilmiş terrorla mübarizə qanununa görə, terror fəaliyyəti ilə məşğul olan vətəndaşlar ya 15 il müddətinə azadlıqdan məhrum edilirlər, ya da onlara ölüm cəzası verilir. Əgər terrorda ittiham edilmiş şəxs xarici ölkə vətəndaşı olarsa, müttəhimə 20 il həbs cəzası verilir və ya ölüm hökmü oxunur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky