Yaxın Şərq Xəbərləri

İraq ordusu 3 İŞİD terrorçusunu ələ keçirdi

İraq ordusu 3 İŞİD terrorçusunu ələ keçirdi

Ənbar vilayətinin Rutbə şəhəri ərazisində magistral yola əldəqayırma partlatıcı qurğular yerləşdirən 3 İŞİD üzvü ələ keçirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq ordusunun 1-ci diviziyasının hərbçiləri Ənbar vilayətində 3 İŞİD terrorçusunu ələ keçirib.

Belə ki, Ənbar vilayətinin Rutbə şəhəri ərazisində magistral yola əldəqayırma partlatıcı qurğular yerləşdirən 3 İŞİD üzvü ələ keçirilib.

Həmən ərazidə bir gün öncə terrorçulara məxsus kamikadze avtomobilinin aşkar edildiyi qeyd edilir.

Xatırladaq ki, 2017-ci ildə İraqda İŞİD-ə qalib gəlindiyi elan olunsa da, hazırda terrorçular gizli fəaliyyətlərini İraq ərazisində davam etdirirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky