Yaxın Şərq Xəbərləri

İraq əl Ramadi məntəqəsinə nəzarəti tam bərpa etdi, strateji məntəqə olan Ravahın qərb nahiyyəsi azad edildi

Ravah şəhərinin 100 km yaxınlığındakı Albu Ubeyd, Albu Fərac və Albu Hardan məntəqələri işğaldan azad edilib.

  • News Code : 866189
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Fərhan Deyləmi bildirib: “İraq Ordusu və Əşair Köçəri Tayfalarından ibarət könüllü dəstələr bu gün günortadan sonra əl Qaim şəhərinin əl Rəmanə məntəqəsini azad edərək, əl Rəmanənin ən böyük binası üzərində İraq Bayraqını dalğalandıraraq, məntəqəyə tam sürətdə nəzarəti bərpa ediblər.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əl Anbar əyalətinin məsul üzvü İŞİD yaraqlılarının nəzarətində olan üç starteji mərkəzin azad edilməsi xəbərini verib.

Fərhan Deyləmi bildirib: “İraq Təhlükəsizlik Qüvvələri İŞİD ünsürləri ilə mübarizədən sonra Ravah şəhərinin 100 km yaxınlığındakı Albu Ubeyd, Albu Fərac və Albu Hardan məntəqələrini işğaldan azad edərək tam nəzarəti bərpa ediblər.”

O, daha sonra açıqlayıb: “İraq Təhlükəsizlik Qüvvələri İraq arteleriya və hava qüvvələrinin dəstəyi ilə İŞİD-in işğalında olan digər məntəqələrinə doğru irəliləməkdədir.”

Fərhan Deyləmi bildirib: “İraq Ordusu və Əşair Köçəri Tayfalarından ibarət könüllü dəstələr bu gün günortadan sonra əl Qaim şəhərinin əl Rəmanə məntəqəsini azad edərək, əl Rəmanənin ən böyük binası üzərində İraq Bayraqını dalğalandıraraq, məntəqəyə tam sürətdə nəzarəti bərpa ediblər.”

Qeyd edək ki, İraq Silahlı Birləşmələrinin əl Rəmanə və Ravə məntəqələrini azad etmək məqsədilə başlatdıqları əməliyyatlar İŞİD-in nəzarətində olan sonuncu məntəqələrin azad edilməsi əməliyyatıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky