İranın müdafiə naziri Hələbin terrorçulardan təmizlənməsi prosesini nəzərdən keçirib

İranın müdafiə naziri Hələbin terrorçulardan təmizlənməsi prosesini nəzərdən keçirib

İranın müdafiə naziri Suriyanın Hələb məntəqəsində olaraq, bu şəhərin terrorçulardan təmizlənməsi prosesini nəzərdən keçirib.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi avqustun 26-da hərbi nümayəndə heyəti ilə Suriyaya daxil olaraq, həmin ölkənin prezidenti Bəşşar Əsəd və müdafiə naziri Əli Əyyub ilə görüşüb.

Hatəmi Suriya səfəri üzrə sonuncu proqramında Hələbin terrorçulardan təmizlənməsi prosesini nəzərdən keçirərək, müqavimət mehvərinin komandanları ilə görüşüb. O, həmçinin Hələb şəhərində sülh və sabitliyin bərqərarı və təhlükəsizlik ilə bağlı son şəraitlə tanış olub.

İranın müdafiə naziri müqavimət mehvəri döyüşçülərinin təkfirçi terrorçularla mübarizələrinə görə təşəkkür edərək, ümidvar olduğunu bildiribdir ki, Suriyanın xalqı, dövləti və silahlı qüvvələrinin səyləri ilə bu ölkədə sülh və təhlükəsizlik bərqərar olacaqdır.

Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Ərəbistan, ABŞ və onların müttəfiqlərinin, o sıradan İngiltərə və Fransanın dəstək verdikləri terror qruplarının geniş hücumları ilə 2011-ci ildə başlanıb.

................

300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky