İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei Ayatullah Sistani barədə nə buyurublar?

İslam İnqilabının Ali Rəhbəri: Ayatullah Sistaninin vücudu İraq üçün ən böyük bərəkətdir

İmam Xamenei Ayatullah Sistani barədə nə buyurublar?

“Həzrət Ayətullah Xamenei bizə sifariş etdi ki, Ayətullah Sistaninin sözlərinə qulaq asaq, onun nəsihətlərinə əməl edək və ona daha da yaxın olaq.” – deyə İraq Ali İslami Məclisinin rəhbərlik heyətinin üzvü bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ali İslami Məclisinin rəhbərlik heyətinin üzvü Höccətül İslam vəl Müslimin Şeyx Cəlaluddin əl Səğir bu heyətin Ümümdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Xamenei cənabları ilə keçirtdikləri xüsusi görüşü haqda danışıb.

Şeyx Cəlaluddin, Həzrəti Xətmi Mərtəbət, Muhəmməd Mustəfanın (səlləllahu əleyhi və alih) Milad bayramə ilə əlaqədar olaraq qeyd edilən Vəhdət Həftəsi münasibəti ilə Tehranda keçirilən Beynəlxalq Konfransda iştirak etdikdən sonra İmam Xamenei cənabları ilə görüş keçirdiklərinə işarə edərək deyib: “Konfransdan sonra bəzi qardaşlar ilə birlikdə bizə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei (Allah Təala onu qorusun) ilə görüşmək nəsib oldu.”

Ali Təqlid Mərcələrinin İslam Dünyasında baş verən məslələr qarşısında bir parça əməl etmələrini alqışlayaraq deyib: “Geniş və faydalı bir görüş keçirtdik. Ayətullah Xamenei cənablarının görüş zamanı açıqladığı məslələrdən biri də, Ayətullah Sistani cənabları haqda idi. Ayətullah Xamenei, Ayətullah Sistanini belə vəsf etdi: İraq xalqının ən böyük bərəkətlərindən biri də, bu kişinin (Ayətullah Sistanini cənablarının) vücududur.”

“Həzrət Ayətullah Xamenei bizə sifariş etdi ki, Ayətullah Sistaninin sözlərinə qulaq asaq, onun nəsihətlərinə əməl edək və ona daha da yaxın olaq.” – deyə İraq Ali İslami Məclisinin rəhbərlik heyətinin üzvü bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky