Yaxın Şərq Xəbərləri

Hizbullah İraq-Suriya sərhədində əlavə qüvvələrini yerləşdirdi

Hizbullah İraq-Suriya sərhədində əlavə qüvvələrini yerləşdirdi

İraq Hizbullah hərəkatının sözçüsü Cəfər Əl-Hüseyni: “Müqavimət qüvvələri Amerika və sionist İsrail rejiminin son hücum cəhdlərini araşdıraraq, komandanlıq mərkəzindən gələn qəti əmri gözləyir. İraqın müqavimət hərəkatı, Livanın Hizbullahı ilə Amerikaya qarşı eyni cəbhədə mübarizə aparır”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya-İraq sərhədində Amerikanın İraqın Hizbullah hərəkatına qarşı sonuncu hava hücumundan sonra, İraqın Hizbullahı ABŞ-ı sərt şəkildə xəbərdar edib.

İraq Hizbullah hərəkatının sözçüsü Cəfər Əl-Hüseyni Amerikanın Suriya sərhədində yerləşən müqavimət qüvvələrinə qarşı etdiyi hava hücumlarına cavab olaraq sərhədə canlı qüvvə göndərdiklərini söyləyib: “Müqavimət qüvvələri Amerika və sionist İsrail rejiminin son hücum cəhdlərini araşdıraraq, komandanlıq mərkəzindən gələn qəti əmri gözləyir. İraqın müqavimət hərəkatı, Livanın Hizbullahı ilə Amerikaya qarşı eyni cəbhədə mübarizə aparır”.

Xatırladaq ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Amerikanın İraqın Hizbullah hərəkatına qarşı həyata keçirdiyi son hücumlardan sonra çıxış edərək, İraqın müqavimət hərəkatının yanında olduqlarını bildirmişdir və qəbul edəcəkləri hər qərarın arxasında olduqlarını vurğulamışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky