Yaxın Şərq Xəbərləri

25 min sionist sələfi ünsürü Mosulda gəbərdildi

  • News Code : 842561
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

General-mayor Abdul Əmir Yarullah: “Biz Mosulun azad edilməsi vədinə əməl etdik. Hazırda Neynəva əyalətinin yalnız Təlafər şəhəri və əl İyaz, əl Muhəlləbiyyə məntəqələri müvəqqəti olaraq terrorçuların əlindədir. Çox yaxın bir zamanda Neynəva Əməliyyatının sonuncu, 4-cü mərhələsini həyata keçirərək əyaləti tam sürətdə İŞİD terrorçularının əlindən azad edəcəyik.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda sionist qüvvələrinin icad etdiyi qondarma “İŞİD” terror əməliyyatına qarşı aparılan Neynəva Əməliyyatının komandiri Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi üzrə aparılan döyüşlərdə 25 min sionist təkfirçisinin gəbərildiyini qeyd edib.

Media qarşısında açıqlama verən General-mayor Abdul Əmir Yarullah deyib: “Yaxın zamanlarda İraq Silahlı Birləşmələri (İraq Ordusu, İraq Polisi, Həşdu Şəbi Könüllü Dəstələri) Təlafər şəhəri, əl İyaz və əl Muhəlləbiyyə məntəqələrinin azad edilməsi əməliyyatlarına başlayacaqlar.”

O, bildirib: “Biz Mosulun azad edilməsi vədinə əməl etdik. Hazırda Neynəva əyalətinin yalnız Təlafər şəhəri və əl İyaz, əl Muhəlləbiyyə məntəqələri müvəqqəti olaraq terrorçuların əlindədir. Çox yaxın bir zamanda Neynəva Əməliyyatının sonuncu, 4-cü mərhələsini həyata keçirərək əyaləti tam sürətdə İŞİD terrorçularının əlindən azad edəcəyik.”

Qeyd edək ki, Mosulun şərq hissəsi bu il 24 yanvarda terrorçulardan tamamilə təmizlənib. Mosulun qərb hissəsi isə 19 fevralda başlanan əməliyyatlar nəticəsində 10 iyulda tam sürətdə sionist təkfirçi ünsürlərdən azad edilib. Təkcə Mosulun qərb nahiyyəsində gedən əməliyyatlarda terrorçulara məxsus 3 mindən çox hərbi texnika və avtomobil məhv edilib ki, bunun 1247-si bomba ilə yüklənmiş avtomobil olub. Həmçinin, 130 piltosuz uçan aparat (PUA) vurulub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky