Zərif:

Tramp, Muhəmməd bin Salman və Netanyahu dünyada zorakılıq və haqsızlıq simvollarıdırlar

Tramp, Muhəmməd bin Salman və Netanyahu dünyada zorakılıq və haqsızlıq simvollarıdırlar

İranın xarici işlər naziri ABŞ prezidenti Donald Trampı, Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanı və sionist rejimin baş naziri Benyamin Netanyahunu zorakılıq, haqsızlıq, repressiya və etimadsızlıq simvolları adlandırıb.

Məhəmməd Cavad Zərif səkkiz avqust-jurnalist günü ərəfəsində müxbirlər qarşısında bildirib ki, bu gün dünyada hamı Tramp, Netanyahu və Bin Salmanın təcridindən danışır.

O, deyib: Bu üç nəfər beynəlxalq müqavilələrə sədaqətsizliyinə, Fələstin xalqının hüquqlarını pozduğuna və dünyada İranofobiya siyasətini yeritdiyinə görə, təcriddə qalıbdır.

Zərif amerikalıların İranla müzakirə təklifinə toxunaraq, əlavə edib: Amerikalılar BMT Təhlükəsizlik Şurasının və əksər dünya ölkələrinin qəbul etdikləri nüvə anlaşmasına göz yumurlar, ondan çıxırlar və belə bir şəraitlə iddia edirlər ki, müzakirə əhlidirlər.

O, Amerikanın və sionist rejimin məsul şəxslərinin İran xalqı ilə əlaqə yaratmaq üzrə cəhdlərinə toxunaraq, deyib: Əgər siz İran xalqı ilə əlaqə yaratmaq istəyirsinizsə, nə üçün tətbiq etdiyiniz ilk sanksiya, təyyarə sanksiyası oldu? 

Zərif bu gün avqustun altısı, İrana qarşı sanksiyaların qaytarılması günü olduğunu bildirərək, qeyd edib ki, bu sanksiyaların İran xalqına təsiri olmayacaq və daha çox psixoloji cəhətə malikdir.

İranın xarici işlər naziri həmçinin düşmənlərin anti-İran fitnələrinə işarə edərək, deyib: Sionist rejim və İranın bəzi naşı qonşuları xülyalara qapılaraq, onu məhv edəcəyini zənn edirlər; söz, İran adında bir ölkənin mövcudluğundan gedir ki, onlar bu sahədə də nakam qalacaqlar.

Zərif İran xalqını İran İslam Respublikasının qüdrət amili adlandırıb və belə qeyd edib: Düşmənlərin iqtisadi və təbliğat təzyiqləri İran İslam Respublikasının siyasətlərini dəyişə bilməz.

İranın rəsmi təqvimində avqustun səkkizi, jurnalist günü adlandırılıbdır.

...................

300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky