İran İslam Respublikası

Tehranda təriqət üzvləri polislərə hücum edib; 3 polis həyatını itirib - Video

Toplantını dağıtmaq üçün əraziyə göndərilən polis alayının 3 işçisi ifratçı təriqətçilər tərəfindən qətlə yetirilib.


Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, azğın "Gonabadi" təriqət üzvləri Tehranın Pastaran küçəsində həbs edilmiş liderləri Nurəli Tabəndənin evi öndündə toplanıblar.

Toplantını dağıtmaq üçün əraziyə göndərilən polis alayının 3 işçisi ifratçı təriqətçilər tərəfindən qətlə yetirilib.

Tehran polisinin mətbuat xidməti hadisə ilə bağlı məlumat verərək vəziyyətin polis nəzarəti altında olduğunu və müdaxilə zamanı nümayişçilərin istifadə etdiyi avtobusların polis üzərinə sürülməsi nəticəsində üç polis məmurunun həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, Gonabadi təriqəti sufiliyin qolu sayılır. Gonabadi dərvişləri özlərini Nemətullahi təriqətinin üzvləri hesab edirlər. Nemətullahilər şiə məzhəbi ilə sufiliyin ortaq təriqəti hesab olunsa da, dində ifrata varmaqda və dindən çıxmaqda ittiham olunurlar.

Bir neçə gün öncə təriqətin qeyri-qanuni fəaliyyətiləri müstəvisində liderləri sayılan Nurəli Tabəndənin həbs edildiyi bildirilirdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky