İran İslam Respublikası

Tehranda milli valyuta öz dəyərini bərpa edib

Tehranda milli valyuta öz dəyərini bərpa edib

İranın riyalı bir daha güclənir və bazar ekspertlərinə görə mərkəzi bankın yeni təlimatlarından sonra milli pulun öz dəyərini bərpa etməkdə davam edəcəyi gözlənilir. İranın valyuta bazarında hər bir dollar 190 min riyal idi ki iki gün ərzində 70 min riyala enib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranda milli valyutanın öz dəyərini bərpa etməsinin ardınca dollar satışı üçün eksçenclərə insanların axını davam edir. İranın riyalı bir daha güclənir və bazar ekspertlərinə görə mərkəzi bankın yeni təlimatlarından sonra milli pulun öz dəyərini bərpa etməkdə davam edəcəyi gözlənilir. İranın valyuta bazarında hər bir dollar 190 min riyal idi ki iki gün ərzində 70 min riyala enib.

Bu şar idi o qədər şişdi ki nəhayət partladı.

Dünəndən etibarən xarici valyuta və qızıl sikkənin qiymətinin düşməsi ilə valyuta satan çoxaldı və valyuta alan isə olmadı.

İndi hamı satır, alan yoxdur.

İnsanlar almaq üçün axın edəndə qiymət qalxır indi isə əksinə olur.

Son aylarda ekspertlər dəfələrlə bildirmişdilər ki, devalvasiyanı iqtisadi səbəblərlə əsaslandırmaq mümkün deyil amma buna baxmayaraq çoxları böyük məbləğdə pullar qazanmaq üçün valyuta bazarına girmişdilər.

Bəziləri lazımı biliyə malik olmadan var-yoxlarını dollara çevirmişdilər.

Dolları baha aldılar və indi əlavə ucuzlaşmasından nigaran qalaraq pul dəyişmə məntəqələrinə üz tutublar.

Bəzilərinə rast gəlirik ki, neçə qat mənfəət əldə etmək üçün var-yoxlarını dollara çeviriblər və bu gün böyük zərərə məruz qalıblar.

Xarici valyutanın məzənnəsinin düşməsi qızıl sikkə bazarına da təsir edib.

Xarici valyutanın qiymətinin düşməsi müxtəlif səbəblərdən mənşə alır. Hökumətin valyuta bazarına nəzarət barədə son qərarından tutmuş, əsas malların idxalı üçün dövlət tərəfindən valyutanın təqdim olunmasınadək,hökumətin ilkin valyutanın təmininə sadiq qalmasından tutmuş dünya bazarlarında neftin qiymətinin artması və sərmayə bazarının rövnəqlənməsinədək səbəbləri buna nümunə göstərmək olar.

Dəllallar insanları yazıq elədilər, 19 tümənə dollar satdılar indi həmin dolları 7 tümənə alır.

Mərkəzi bank 11 dövlət bankı vasitəsi ilə müraciət edənlərə valyuta təqdim edilməsini qərara alıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky