Tehranda 2 terror dəstəsi məhv edilib

Tehranda 2 terror dəstəsi məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Məhəmməd Rəsulallah qərargahının komandanı Tehranda 2 terror dəstəsinin məhv ediməsindən xəbər verib.

General-mayor Məhəmməd Rza Yəzdi bazar ertəsi axşam Tehranda İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in vəfatının 29-cu ildönümü mərasiminin təşkilatçı komitələrinin koordinasiya iclasının kənarında jurnalistlər qarşısında deyib: İmam Xomeyni(rə)-in vəfatının ildönümü mərasimində təxribat törətməyə çalışan 2 terror dəstəsinin üzvləri həbs olunub.

General-mayor Yəzdi əlavə edib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah düşmənlə mübarizəyə tam hazırdır və düşmənin istənilən hərəkəti güclü zərbə ilə cavablandırılacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Məhəmməd Rəsulallah qərargahının komandanı həmçinin, zəvvarların İmam Xomeyni(rə)-in vəfatının ildönümü mərasimində iştirakı üçün bütün lazımi ahəngdarlığın yaradılmasına işarə edərək, deyib: Düşmənlərin İran İslam Respublikası quruluşu ilə düşmənçiliyi sərhəd tanımır. Buna görə də, bu mərasimin möhtəşəm formada keçirilməsi üçün bütün təhlükəsizlik və müdafiə tədbirləri həyata keçirilib.

4 iyun 2018-ci il İran İslam Respublikasının banisi İmam Xomeyni(rə)-in vəfatının 29-cu ildönümü günüdür.
..................
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky