Qəza Baş Verdi

Tehran-Yasuc sərnişin təyyarəsi süqut etdi

Sərnişinlər arasında sağ qalan yoxdur

Tehran-Yasuc sərnişin təyyarəsi süqut etdi

Mürtəza Səlimi: "İİR Qırmızı Apara Cəmiyyətinin xilasetmə təşkilatının helikopterləri də tam hazır vəziyyətə gətiriliblər. Amma, təəssüflər olsun ki, hava şəraitinə görə, uçuş imkanı yoxdur. Səmirom məntəqəsi qarla örtüldüyü üçün keçilməz olub."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Aseman" hava yolları şirkətinə aid ATR tipli bir sərnişin təyyarəsi bu gün səhər yerli vaxtla saat 08:00 radələrində Tehran hava limanından Yasuc istiqamətində havaya qalxdıqdan 20 dəqiqə sonra Səmirom məntəqəsində, Dena dağlıq ərazisində süqut edib.

İİR Qırmızı Aypara Cəmiyyətinin xilasetmə təşkilatının müdiri Mürtəza Səlimi deyib: Kohkiluyi və Buyirəhməd, Çaharmahal və Bəxtiyarı və İsfahan əyalətlərindən 20 əməliyyat qrupu hadisə yerinə göndərilib.

Səliminin dediyinə görə, İİR Qırmızı Apara Cəmiyyətinin xilasetmə təşkilatının helikopterləri də tam hazır vəziyyətə gətiriliblər. Amma, təəssüflər olsun ki, hava şəraitinə görə, uçuş imkanı yoxdur.

Səmirom məntəqəsi qarla örtüldüyü üçün keçilməz olub.

Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivənd də deyib: Təyyarədə olan 66 sərnişinin hamısı həlak olub.

İran İslam Respublikası prezidenti Həsən Ruhani yol və şəhərsalma naziri Abbas Axundiyə təyyarə qəzasının araşdırılması üçün qərargah təşkil etməsi barədə göstəriş verib.

Ən son məlumatlara görə, təyyarənin qalıqlarını tapmaq üçün havadan və qurudan həyata keçirilən axtarışlar indiyə kimi nəticəsiz qalıb və hər biri 5 alpnistdən ibarət olan 2 axtarış qrupu təyyarənin qalıqlarını tapmaq üçün Dena dağına göndərilib

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky