İran İslam Respublikası

Tehran və Vaşington arasında neft müharibəsi başladı, İran xəbərdarlıq etdi

Tehran və Vaşington arasında neft müharibəsi başladı, İran xəbərdarlıq etdi

Ərdəbili, Trampa müraciət edərək "Sizə tövsiyəm budur ki, "SPR"yə toxunmaqdan çəkinəsiniz. Sakitləşin və İran neftinə sanksiyaları dayandırın", sözlərini dilə gətirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının OPEK nümayəndəsi, ABŞ-ı fövqəladə vəziyyətdə neft ehtiyatına toxunmaması barədə xəbərdarlıq edib.

Hüseyn Kazımpur Ərdəbili, ABŞ-ın fövqəladə vəziyyətlər üçün neft ehtiyatı "SPR"ni istifadə etmə planına dair açıqlama verib.

Ərdəbili, Trampa müraciət edərək "Sizə tövsiyəm budur ki, "SPR"yə toxunmaqdan çəkinəsiniz. Sakitləşin və İran neftinə sanksiyaları dayandırın", sözlərini dilə gətirib.

Hüseyn Kazımpur Ərdəbili qeyd edib ki, əvvəldən də düşündüyümüz kimi "SPR"yə müraciət edəcəksiniz, çünki İranın ixracını qarşılayacaq qədər ehtiyat istehsal gücünüz yoxdur, ancaq bunun nəticələri olacaq.

Qeyd edək ki, ABŞ-ın təcili vəziyyət üçün ehtiyatda saxladığı 660 milyon barrel xam nefti var. ABŞ İran sanksiyaları səbəbiylə artan qlobal neft qiymətlərini aşağı salmaq üçün bunun bir hissəsini satmağı planlaşdırır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky