Tehran iclasında terrorizm ilə mübarizə mexanizminin yaradılması vurğulanıb

Tehran iclasında terrorizm ilə mübarizə mexanizminin yaradılması vurğulanıb

Bu gün Tehranda Rusiya, Çin, Hindistan və Əfqanıstanın iştirakı ilə "regional təhlükəsizlik üzrə danışıqlar" adı altında region ölkələrinin milli təhlükəsizlik rəsmilərinin ilk iclası öz işinə başlayıb.

Tehran iclasında iştirak edən ölkələr terrorizm ilə mübarizə üçün əcnəbi güclərin müdaxiləsi olmadan regional mexanizmlərin yaradılmasına təkid ediblər. 

Rusiya Federasiyasının Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patroşov, Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Dual, Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri Həmdullah Mühib və Çinin təhlükəsizlik rəsmisi Danq Cinq Vi öz ölkələrini bu iclasda təmsil edirlər. 

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi regionun önəmli və təsirli ölkələrinin Tehran iclasında yüksək səviyyədə iştirakının bu tədbirin əhəmiyyətinin göstəricisi olduğunu bildirərək deyib: Bu iclas terrorizmə qarşı müştərək mexanizmlərin yaradılması üçün region ölkələri arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi nəzərə alınaraq keçirilir. Ümid edirəm ki, müştərək təhdidlərə qarşı vahid anlayışın yaranması və qurumun təməlini qoyan 5 ölkənin iradəsi sayəsində bu iclas növbəti dövrlərində əlavə ölkələrin iştirakının şahidi olacaq. 

İİR Ali Milli Təhlükəsizlik Şurasınını katibi Əli Şəmxani Əhvaz şəhərində əcnəbilərin tabeliyində olan terrorçu qruplaşma tərəfindən törədilən son terror aktının terrorizm cərəyanının və onun himayəçilərinin destabillik yaratmaq üçün mütəşəkkil səylərinin göstəricisi olduğunu bildirərək deyib: Bu terror hadisəsi bir daha terrorizm ilə mübarizə iddiasında olanların ikili yanaşmasını nümayiş etdirdi və bu terror akstını dildə də olsun pisləməyə hazır olmayan terrorçuların himayədarlarının real üzünü göstərdi. 

Şəmxani danışıqların region üçün sülh, təhlükəsizlik və rifahın təminində önəmli olduğunu bildirərək deyib:Maliyyə, siyasi və locestik dəstəyi ilə terrorizmdən vasitə kimi istifadə , terrorizm üçün təkfirçi ideoloji əsasların yaradılması, ölkələrin daxili işlərinə qarışmaq və terrorizm ilə mübarizə bəhanəsi ilə ölkələri işğal etmək ikili standartın tətbiq edilməsinin bariz nümunələridir. 

................

300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky