Zərif Trampa xitabən:

Təhdid, sanksiya və hoqqabazlıq işə yaramaz

Təhdid, sanksiya və hoqqabazlıq işə yaramaz

İran İslam Respublikası xarici işlər naziri çərşənbə axşamı gecə öz Twitter səhifəsində ABŞ prezidenti Donald Trampın İran rəsmiləri ilə görüşmək jestinə reaksiya verib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif təhdid, sanksiya və şou hoqqabazlığının işə yaramadığını bildirərək əlavə edib: ABŞ sadəcə nüvə sazişindən çıxmaq və müzakirə masasını tərk etməyə görə müqəssir hesab edə bilər.

İran İslam Respublikası xarici işlər naziri amerikalılara tövsiyə edib ki, iranlılar və beynəlxalq öhdəliklərə hörmətlə yanaşsınlar.

Tramp bazar ertəsi günü iddia edib ki, İran İslam Respublikası ilə ilkin şərt olmadan müzakirə aparmağa hazır olduğunu bildirib.

ABŞ prezidentinin ixtilafların həlli üzrə İranla müzakirəyə hazır olmaq haqda aldadıcı açıqlaması ilə yanaşı qeyd edək ki, Tramp 8 may tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun İranla nüvə sazişindən çıxdığını və İrana qarşı nüvə sanksiyalarının qayıdacağını elan etdi.

Trampın bu hərəkəti yerli və beynəlxalq böyük qınaqlara tuş gəldi.
.................
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky