İnqilab Rəhbəri:

Şiə və sünni ən çətin meydanlarda bir-birilərinin yanındadırlar

Şiə və sünni ən çətin meydanlarda bir-birilərinin yanındadırlar

İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin bütün hərbi və mədəni fitnələrinin və sanksiyaların mövcud olmasına rəğmən, İran İslam Respublikasının müqavimətinin xalqın imanının qüdrəti və fədakarlığına borclu olduğunu bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin fevralın beşində keçirilmiş Sistan və Bəluçestan vilayəti şəhidləri konfransının təşkilatçıları ilə görüşdə söylədikləri bəyanat bu gün bu konfransın İranın cənub-şərqində yerləşən Zahidanda keçirilən məkanında yayılıb.

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Zəngin istedadlara baxmayaraq, Qacar və Pəhləvi dövrlərində Sistan və Bəluçestan əhalisinə etinasızlıq edilirdi və bu məsələ insanların istedadlarının üzə çıxmamasına səbəb oldu.

O həzrət Sistan və Bəluçestanı Kürdüstan və Golestan vilayətləri kimi dünya üçün şiə və sünninin qardaşcasına yaşayışı, həmkarlıq meyarı və islami birliyinin təzahürü adlandırıblar və düşmənin təfriqə salmasının qarşısında sayıqlığı vurğulayaraq, belə əlavə ediblər: Müqəddəs müdafiədə bir sünni yeniyetmənin şəhadəti və ya bir sünni mövləvinin İslam İnqilabını müdafiə səbəbindən əks-inqilabçı tərəfindən şəhid edilməsi göstərir ki, İran İslam Respublikasında şiə və sünni qardaşlar ən çətin meydanlarda bir-birilərinin yanındadırlar və mədəni və bədii işlərlə bu həqiqətləri və gerçək vəhdəti təcəssüm etdirərək, üzə çıxarmaq lazımdır.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Möhkəm imanın tam təzahürü son dərəcə mühüm iman və müqavimət, şəhidlər və fədakar döyüşçülər halqasındadır. Buna görə, İslam quruluşu şəhidlərə təzim və hörmətə ehtiyaclıdır.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky