İran İslam Respublikası

Sepah sionist rejiminə işləyən 4 təkfirçini məhv etdi – Foto

Terrorçulardan 4 ədəd avtomat kalaşnikov, 112 ədəd mərmi, partlayıcı maddələr və İŞİD -in bayrağı aşkarlanıb.

  • News Code : 836206
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Əzizullah Məliki deyib: “Texniki və mürəkəb müəyyən etmə, kəşfiyyat əməliyyatlarınə həyata keçirməklə, düşməni dəqiq izləmə və hər bir hərəkətlərini nəzarətə alaraq ötən gün əsr vaxtı təhlükəsizlik qüvvələrinin qorxmaz polis əməkdaşları Rudan şəhəri ətrafındakı dağlarda apardıqları əməliyyatlar nəticəsində 4 təkfirçi şər ünsürilə üzləşərək bir neçə dəqiqəlik atışmadan sonra hər dörd ünsürü məhv ediblər.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Hormozqan əyalətinin Təhlükəsizlik işləri üzrə komandiri Rudan şəhərində 4 təkfirçi ünsürün darmadağın edildiyini bildirib.

Komandir Əzizullah Məliki bu gün səhər media işçiləri qarşısına çıxaraq bildirib: “Hormozqan əyalətində apardığımız gizli kəşfiyyat əməliyyatlara və şər qüvvələrinin əyalətin şərq nahiyyələrində silahlı hərəkətlər etməsi haqda əldə etdiyimiz məlumatlara əsaslanaraq əyalətin bütün yerlərində polis təhlükəsizlik qüvvələrini hazır vəziyyətə gətirdik.”

Əzizullah Məliki deyib: “Texniki və mürəkəb müəyyən etmə, kəşfiyyat əməliyyatlarınə həyata keçirməklə, düşməni dəqiq izləmə və hər bir hərəkətlərini nəzarətə alaraq ötən gün əsr vaxtı təhlükəsizlik qüvvələrinin qorxmaz polis əməkdaşları Rudan şəhəri ətrafındakı dağlarda apardıqları əməliyyatlar nəticəsində 4 təkfirçi şər ünsürilə üzləşərək bir neçə dəqiqəlik atışmadan sonra hər dörd ünsürü məhv ediblər.”

Hormozqan əyalətinin Təhlükəsizlik işləri üzrə komandiri daha sonra deyib: “Ölən qüvvələr üzərində aparılan araşdırmalar nəticəsində 4 ədəd avtomat kalaşnikov, 112 ədəd mərmi, bir miqdar partlayıcı maddələr və İŞİD terror qruplaşmasının bayrağı aşkarlanmışdır.”

Ölən şər qüvvələrin kimliyi barədə danışan Əzizullah Məliki deyib: “Şər qüvvələrdən ikisinin xarici vətəndaş olduğu üzərilərində daşıdıqları xarici pasportdan bəlli oldu. Qalan ikisinin isə kimliyi barədə araşdırma davam edir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky