İran İslam Respublikası

Sepah Pakistanla sərhəddə 3 terrorçunu zərərsizləşdirdi

Bu barədə Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin ümumi rabitə qərəgahı ötən gün gecə bəyanat yayımlayıb.

  • News Code : 842574
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Bəyanatda deyilir: “Şənbə günü 24 tir ayında (15 iyul), əsr vaxtı dünya istikbarçılarına və xarici kəşfiyyat orqanlarına aid bir qrup terrorçu Pakistan torpaqlarından yüngül və küncdən vuran (Corner shot) silahlarla İran İslam Respublikasının Sərəvan məntəqəsindəki sərhədçilərinə atəş açıblar.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasnın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə Sepah ilə terrorçu qruplaşma arasında silahlı toqquşma olub.

Bu barədə Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin ümumi rabitə qərəgahı ötən gün gecə bəyanat yayımlayıb: “Şənbə günü 24 tir ayında (15 iyul), əsr vaxtı dünya istikbarçılarına və xarici kəşfiyyat orqanlarına aid bir qrup terrorçu Pakistan torpaqlarından yüngül və küncdən vuran (Corner shot) silahlarla İran İslam Respublikasının Sərəvan məntəqəsindəki sərhədçilərinə atəş açıblar.”

Bəyanatda daha sonra bildirib: “Terrorçular Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin cavab atəşinə məruz qalıblar. Atışmalar nəticəsində bir azğın terrorçu məhv edilmiş və daha iki terrorçu ağır yaralanmışdır.”

Sepahın Qüds qanadına aid Quru Qüvvələrinin ümumi rabitə qərəgahının verdiyi bəyanatda həmçinin qeyd edilib: “Bir qədər atışmadan sonra terrorçula itki verdiklərini görüncə geriyə, Pakistan torpaqlarının dərinliklərinə tərəf qaçıblar.”

Qeyd edək ki, bəyanatda həmçinin qeyd edilib ki, atışma zamanı sahədə işləyən yerli sakinlərdən iki nəfər kəndçi Şəhid edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky