General Purdəstan:

Sepah-ın raket hücumu düşmənlərə olan iqtidarlı cavab idi

  • News Code : 840019
  • Source : Sahar TV
Brief

İran İslam Respublikası ordusunun baş komandan əvəzi deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə oaln son raket hücumu terrorçular habelə, İrana qarşı təhdid və təcavüzlə bağlı xam xəyallara qapılanlara möhkəm və güclü cavab sayılır.

İran İslam Respublikası ordusunun baş komandan əvəzi deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə oaln son raket hücumu terrorçular habelə, İrana qarşı təhdid və təcavüzlə bağlı xam xəyallara qapılanlara möhkəm və güclü cavab sayılır.

General Əhməd Rza Purdəstan şənbə günü Təsnim xəbər agentliyi ilə müsahibədə Sepah-ın son hərəkətini İranın hərbi qüdrətinin çox kiçik bir hissəsi adlandırıb və deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın raket hücumu irticaçı rejim başçılarının gerçəklikləri əks etdirməyən iddialarına möhkəm və qətiyyətli cavab sayılır.

İran İslam Respublikası ordusunun baş komandan əvəzi əlavə edib: İranın silahlı qüvvələri istənilən təhdidi qətiyyətli şəkildə və lazım olduğu anda cavablandıracaq.

General Purdəstan həmçinin, İran İslam Respublikası ordusunun İrana qarşı ehtimal olunan istənilən təhdid ilə qarşılaşmağa hazır olduğunu bildirib və deyib: Ordu İranın digər silahlı qüvvələri ilə paralel şəkildə ölkənin bir çox sahəsində xüsusi ilə qərb sərhədlərində tam hazırlığa malikdir və istənilən növ diversiya hərəkətini və ya düşmənlərin İran sərhədlərinə qarşı ehtimal olunan hərəkətlərini qətiyyətli formada cavablandırmağa hazırdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah 18 iyun tarixində Suriyanın Deyrəzzur vilayətində İŞİD terrorçularının komandanlıq mərkəzini, tədarükat anbarını və avtomobillərə partlayıcı qurğular quraşdırmaqla məşğul olan emalatxanasını 6 ədəd yer-yer tipli orta mənzilli ballistik raket ilə hədəfə alaraq, darmadağın etdi.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky